Aybaşı zamanı köpdən necə xilas olmalı?
Bizi izləyin

Tabloid.az

Aybaşı zamanı köpdən necə xilas olmalı?

Tabloid.az sizi aybaşı zamanı yaranan şişkinlikdən azad edəcək təbii üsulları araşdırıb.

Aybaşı dövründə qadınları həm ağrı, həm də köp rahat edir. Ağrını müəyyən dərmanlarla aradan qaldırmaq olur. Ancaq şişkinlik üçün dərman tapmaq çətin məsələdir. Tabloid.az sizi aybaşı zamanı yaranan şişkinlikdən azad edəcək təbii üsulları araşdırıb.

1.Cəfəri, yaşıl alma, ananas, gilas, limon və darçın şişkinliyin azalması üçün ideal qidalardır.

Bunları gün ərzində bol-bol yeməlisiniz.

2.Duzdan istifadə etməyin. Tərkibində duz olan hazır qidaları da menyunuzdan çıxarın. Turşu və duzlu pendir növlərindən də uzaq durun.

3. Melisa çayı için. Melisa çayı şişi və stressi azaldır. Həmçinin ağrını azaldan təsirə malikdir.

4.Razyana çayı da içə bilərsiniz. Bu çay da aybaşı zamanı köməyinizə gələcək.

5. Əgər qara çay içməkdən vaz keçə bilmirsinizsə, çayın açıq olmasına diqqət edin. Açıq çayınızı limonla dadlandıra bilərsiniz.

Aybaşı zamanı qəhvə və qazlı içkilərdən uzaq durun.

6.Aybaşı zamanı dəmir itirdiyiniz üçün tərkibində bol miqdarda dəmir olan qidalar yeməlisiniz.

Balıq, toyuq və ət kimi tərkibində zülal olan qidalara üstünlük verin.

7.Ağrı və şiş gözünüzü qorxutmasın. Gündə 30 dəqiqə təmiz havada piyada gəzin. Bu həm ağrılarınızı azaldacaq, həm də şişdən xilas olacaqsınız.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm