Bəhram Bağırzadənin ən böyük arzusu
Bizi izləyin

Tabloid.az

Bəhram Bağırzadənin ən böyük arzusu

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının, həmçinin Kinematoqrafçılar Birliyinin, Karikaturaçılar Birliyinin və Rəssamlar Birliyinin üzvü Bəhram Bağırzadə köhnə Bakı haqqında sərgi keçirəcək. “Köhnə Bakı” adlanacaq sərgidə B.Bağırzdənin şəxsi a

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının, həmçinin Kinematoqrafçılar Birliyinin, Karikaturaçılar Birliyinin və Rəssamlar Birliyinin üzvü Bəhram Bağırzadə köhnə Bakı haqqında sərgi keçirəcək. “Köhnə Bakı” adlanacaq sərgidə B.Bağırzdənin şəxsi arxivindən şəkillər istifadə olunacaq.

Tabloid.az xəbər verir ki, aktyor bu haqda Teleqraf.com-un “Brifinq” layihəsində danışıb.

O, bildirib ki, hələ uşaqlıqdan köhnə Bakı ilə bağlı fotolar toplayır. Həmin fotolardan ibarət sərginin nə zaman təqdim edəcəyini isə açıqlamayıb.

B.Bağırzadə qeyd edib ki, Bakının tarixi irsinin qorunması və təşviqi baxımından bu layihə olduqca əhəmiyyətlidir:

“Arzumdur ki, gələcəkdə Bakının qədim fotolardan ibarət muzeyi açılsın. Nəinki paytaxtımıza gələn qonaqlarımız üçün elə Bakının öz sakinləri üçün də maraqlı olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm