Tarixin qoxusunu mühafizə edən ölkə
Bizi izləyin

Tabloid.az

Tarixin qoxusunu mühafizə edən ölkə

Saysız zeytun ağaclarının, səliqə ilə əkilmiş üzüm kollarının, evlərin damındakı günəş batareyalarının diqqəti cəlb etdiyi bu ölkədə qədim sivilzasiyanın ab-havası bu gün də hiss edilməkdədir. Qəhrəmanlar pleyadasının, böyük istilaçı Makedenoniyalı İsgənd

Saysız zeytun ağaclarının, səliqə ilə əkilmiş üzüm kollarının, evlərin damındakı günəş batareyalarının diqqəti cəlb etdiyi bu ölkədə qədim sivilzasiyanın ab-havası bu gün də hiss edilməkdədir. Qəhrəmanlar pleyadasının, böyük istilaçı Makedenoniyalı İsgəndərin, filosof Aristotelin, dahi rəssam El Qrekonun vətənini olan Yunanıstan zəngin folkloru və mətbəxi də yaddaşlarda dərin izlər buraxır.

Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yunanıstanı açıq səmada böyük muzey hesab etmək olar. Hara getsən, hara baxsan orta məktəbdən bizlərə tanış olan tarixlə üzləşirsən. Bu ölkədən tarixin qoxusu gəlir. Yunanıstanda torpağın hər addımı qədim sivilzasiyadan, Makedoniya dövründən, Bizans və Osmanlı imperiyasından xəbər verir. Müxtəlif vaxtlarda onların Yunanıstana təsiri böyük olub.

Krit adasındakı İraklion şəhərində Knoss sarayı o dövrün ən parlaq nümunəsidir.

Doğrudur saray bir neçə əsr torpaq altında qalıb. Orada ilk qazıntı işləri XIX əsrin sonlarında başlayıb. Yunanların ingilis arxeoloqu Artur Evansı hörmətlə xatırlaması təsadüfi deyil. O Krit adasına gələn kimi həmin ərazini alaraq aktiv şəkildə qazıntı işlərinə başlayıb. Aktiv işlər arxeoloqun ölümünə qədər davam edib. Ancaq indi də ərazidə arxeoloji qazıntılar aparılmaqdadır. Ona görə də yarı dağılmış bu saray xüsusi mühafizə edilir. Adi daş belə qədim tarixin böyük sirlərini aça bilər…

Ümumiyyətlə, Knoss sarayının yarı dağılmış divarları arasında gəzmək fərqli hissdir. Bəzən düşünürsən ki, bəlkə yanında mif qəhrəmanlarının ruhları gəzişir: tutalım, yarı insan, yarı öküzün…

Biz miflərə inanırıq. Çünki nəyəsə inanmaq istəyirik. Qədim sivilzasiyanın insanları da onlara möcüzə kimi görünənlərə inanırmışlar. Əslində isə onların arxasında konkret məqsədlər dayanıb. Minoy mədəniyyətinə məxsus magiya və şamanlıq xalqa təsir üçün konkret alət idi. Bununla xalqın ovqatına və iş qabiliyyətinə təsir edilirmiş. O dövrün hökmdarlarının bu silahdan istifadə etməsi istisna deyil. Məsələn, düşünülərək yaradılmış minotavrın obrazı güc və bol məhsul simvolu idi.

Yaxşı siyasətdir elə deyilmi?! Dərindən düşünəndə məlum olur ki, əhali kütləsinə təsir metodları indikindən çox da fərqlənmir. Düzdür, forma cəhətdən dəyişiklik var. Amma mahiyyət etibarı ilə eyni qalıb.

Afinada restoran və kafelər həmişə dolu olur. Ofisiantlar isə mehriban sima ilə hamını «kalimera» deyə qarşılayırdılar. Dənizdə istirahət edən, şəhərin görməli yerlərində şəkil çəkdirən turistlər açıq səma altındakı Akropolis muzeyinə daxil olmaq üçün uzun-uzadı növbəyə düzülürlər. Yunanlar deyirlər ki, vaxtilə Yunanıstanın tarix və mədəniyyət muzeyindən qiymətli əşyalar mənimsəyən britaniyalıların açığına onu yenidən qurublar və hazırda Yeni Akropolis Muzeyi adı altında fəaliyyət göstərir.

Açıq səma altındakı muzeyə həqiqətən baxmağa dəyər. Elə tək Akropolis hər şeyə dəyər. Məhz oradan şəhərə, olimpiya stadionuna gözəl panorama açılır. Olimpiya oyunları zamanı Zevsin kilsəsindən alov alışdırılır. Hazırda bu məbədin 104 sütunundan 16-sı və çiçəkli bağçası bu günümüzə qədər saxlanılmaqdadır.

Afina metrosu isə ayrıca mövzudur. Məsələ ondadır ki, o yeni 2000-ci ildə inşa edilib. Nəzərə alsaq ki, hazırkı paytaxt praktiki olaraq qədim şəhərin xarabalığındadır, magistral və dəmir yolları metronun işini kifayət qədər ağırlaşdırır. Təsəvvür edin ki, təkcə metronun inşası zamanı 50 000 ədəd qiymətli arxeoloji qazıntılar aşkar edilib.

Təəccüblü deyil ki, onların əksəriyyəti hazırda Akropolis muzeyini bəzəyir. Hətta bu eksponatlardan bəziləri metronun divarlarına hörülüb. Məsələn, «Sintaqma» yəni tərcümədə «Konstitutsiya» stansiyasında divara hörülmüş mumiyanı görmək mümkündür. İnanmaq çətin olsa da, onun nə az, nə çox düz 5000 il yaşı var. Qeyd etmək lazımdır ki, o yaxşı vəziyyətdə idi. O özlüyündə tarix muzeyi hesab edilir. Mumiya arxeoloji qazıntılar zamanı aşkarlanıb.

Əsas Allahlardan hesab edilən Zevslə Yunanıstanda çox şey bağlıdır. Kilsələrdən tutmuş küçələrin adına kimi. Və yaxud sadəcə adlar. Ümumiyyətlə, yunanlar mifik allahlara hörmətlə yanaşırlar. Məsələn, dəniz allahı olan Poseydonun şərəfinə Afinadakı rayonların birində Suniyada qayalığın düz dikində kilsə mühafizə edilir. Poseydon kilsəsinidən Egey dənizinə və kiçik adalara gözəl mənzərə açılır. Dəniz və qayalıq ada yunanların anlayışında su və daşı bildirir. Yerlilərin dediklərinə inansaq, su, daş və Günəş Yunanıstanı yaradıblar. Yunanlar Günəş sadəcə istilik demək deyil. Dəniz sadəcə çimərlik deyil. Adalar isə mənzərəli kurortlar deyil. Ola bilər ki, onlar bizim mahiyyətimizdir.

Mahiyyətə gəldikdə, ellinli olmayanın bunu mühakimə etməsi çətindir. Dəniz, günəş və adaların Yunanıstanın iqtisadi həyatında əhəmiyyətli rol oynadığı isə şübhəsizdir. Məsələ ondadır ki, bu ölkənin büdcəsinin böyük hissəsi donanma, turizm, kənd təsərrüfatından gələn gəlirlər hesabına formalaşır. Yunanıstan coğrafi cəhətdən Asiyanın, Avropanın, Afrikanın qovşağında yerləşir.

Yunanıstanda kənd təsərrüfatı da yaxşı inkişaf edib. Elə idxal edilən zeytun yağı hər şeyə dəyər. Yunanlar bu yağdan həddən ziyadə istifadə edirlər. Birinci, ikinci xörəklərdə, hətta meyvəli desertlərdə belə bu yağdan bəhrələnirlər.

Yunanıstan həm də kürkləri ilə məşhurdur. Yəqin ki, çoxları Kastoriya haqda eşidib. Bura kürklərin hazırlanma məkanı kimi tanınır. Yeri gəlmişkən, iqtisadi böhran nəticəsində kürklərin qiymətləri xeyli aşağı düşüb. Hətta kürklər haqqında ən az düşünülən günəşli Krit adasında belə mağazaların vitrinlərini zərif və cazibəli kürklər bəzəyir. Kondisionerlərin güclü işi sayəsində istənilən kürkü yoxlamaq olar.

Onu da qeyd edək ki, turistləri təkcə kürklər bu ölkəyə cəlb etmir. Turistlər orada yeni, enerjinin istehsalında qənaətli texnologiyalarla tanış ola bilərlər. Yunanlar özlərini antik xalq hesab etsələr də, yeniliyi, modernləşməni və innovasiyaları tez mənimsəyirlər. Demək olar ki, bütün evlərin damında onun özəl və ictimai olmasından asılı olmayaraq günəş batareyalarına rast gəlmək olar. Bu batareyalar demək olar ki, bütün il boyu elektrik enerjisi istehsal edir. Yunanıstanda 360 günün 300-ü günəşli olur ki, bu da sözügedən sistemin işləməsinə şərait yaradır.

Ümumiyyətlə, yunanlar hər şeydə qənaət etməyi sevirlər. Diqqətlə müşahidə edəndə bu, küçələrdən xüsusilə bəlli olur. Motosikletlər avtomobillərdən heç də kiçik deyil. Əksinə bəzən böyükdürlər. Yunanlar motosiklet sürməyi çox sevirlər. Bir tərəfdən bu, prestijli hesab edilir, digər tərəfdən qənaətlidir. Motosiklet satan mağazalara demək olar ki, hər küçədə rast gəlmək olar.

Avtomobillərin qabariti də heç böyük deyil. Özü də mexaniki ötürücü qurğusu ilə çalışır. Amma onlar buna izahat verirlər. Birincisi, mexanika avtomatla müqayisədə benzini az «içir», ikincisi əsl avtoş mexanikanı idarə edənlər hesab olunurlar. Yunanlar bax belə «avtoşdurlar». Yunanlar avropalılar arasında yol-qəza hadisələrini törətdiklərinə görə birinci yeri tuturlar. Bəlkə də bu, günəşin bolluğundandır. Günəş başa vurur, sürücülər də dəli kimi sürürlər.

Bu ölkədə həqiqətən də Günəş azlığı yoxdur. Amma qeyd etmək lazımdır ki, yandırıcı deyil. Yunanlar deyirlər ki, o sadəcə bizi enerji ilə təmin edir, biz hay-küylüyük, oynamağı, oxumağı, şənlənməyi, dadla yeməyi sevirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm