Dərini gözəlləşdirən mineral su maskası
Bizi izləyin

Tabloid.az

Dərini gözəlləşdirən mineral su maskası

Gərgin iş həyatı və gündəlik stress insanı fiziki baxımdan çox yorur. Təbii ki, bu yorğunluq üzdə öz təsirini büruzə verir. Qadınlar isə daha da gözəl görünmək istəyir. Bu gün təqdim edəcəyim maska xanımların ürəyincə olacaq. Belə ki, maska dərini təravə

Gərgin iş həyatı və gündəlik stress insanı fiziki baxımdan çox yorur. Təbii ki, bu yorğunluq üzdə öz təsirini büruzə verir. Qadınlar isə daha da gözəl görünmək istəyir. Bu gün təqdim edəcəyim maska xanımların ürəyincə olacaq. Belə ki, maska dərini təravətləndirir, bütün yorğunluğu aradan qaldırır. Mineral su maskası yorğun üz ifadəsini qüsursuz dəri ilə əvəz edəcək.

Ərzaqlar:

1 ədəd limon
1 şüşə mineral su
1 yemək qaşığı körpə uşaqları masaj etmək üçün istifadə edilən yağ

Bütün bunları bir qaba əlavə edib yaxşıca qarışdırın. Daha sonra təmiz və boş sprey şüşəsinə töküb üzünüzə vura bilərsiniz. Bir müddət istifadə etdikdən sonra dərinin gözəlləşdiyini hiss edəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm