Kişilərin toxunmaq istədiyi qadın saç modelləri – Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilərin toxunmaq istədiyi qadın saç modelləri – Fotolar

Kişilərin bəyəndiyi saç modelləri

Kişilər adətən uzun, sağlam və gur saçları olan qadınları bəyənirlər. Kişilər daxilində onlara toxunmaq istəyini oyandıran saç modellərini çox cazibəli hesab edirlər . Bəs kişilərin bəyəndiyi saç modelləri hansılardır? Tabloid.az kişilərin bəyəndiyi saç modellərini bu cür sıralayıb:

Səliqə ilə tarım və sıx yığılmış at quyruğu

Kişilər qadınların bütün üz cizgilərinin açıq-aydın göründüyü saç modellərini çox bəyənirlər. Üz cizgilərini ön plana çıxaran toppuz və at quyruğu kişilərin sevimli saç modelləri arasında yer alır. Onlar saçını bu cür yığan qadınları daha cazibədar hesab edirlər.

Qabarıq saçlar

Kişilər sanki yuxudan yeni durmuş kimi görünən saçları seksual hesab etdikləri üçün çox bəyənirlər. Həcmli və daranmamış kimi görünən saçlar onların fikrincə, qadınları çəkici göstərir. Nəmli saça sprey və ya da balzam vurub fenlə quruda bilərsiniz.

Uzun və yumşaq dalğalar

Kişilərin ən çox toxunmaq istədiyi saç modelləri arasında iri dalğalara sahib uzun saçlar da yer alır. Ümumiyyətlə, dalğalı saçlı xanımlar kişilər tərəfindən çox bəyənilir. Çox oynanılmış saçları isə bəyənmirlər. Dalğalar təbii və sadə olmalıdır. Bu saç modelini tətbiq etmək çox bəsitdir. Maşa vasitəsilə saçınıza iri dalğalar atın. Dalğaların qalıcı olması üçün saç spreyi sıxın.

Qısa və dalğalı saçlar

Kişilər qısa saçlarda da dalğalı modelləri çox bəyənirlər. Xüsusən də buruq saçlar xoşlarına gəlir.

Dağınıq, amma təbii toppuzlar

Arxada toplanmış boş saçlar xanımları zərif göstərdiyi üçün kişilər çox bəyənirlər. Bu saç kişilərə həmin xanımın özünün də zərif xüsusiyyətlərə sahib olduğunu düşündürür. Qadının bədən quruluşunu və xanımlığını ön plana çıxaran geyimlərlə bu saç modelini yığaraq kişiləri özünüzə heyran qoya bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm