• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Namiq Qaraçuxurlu özünü biabır etdi - Foto

Namiq Qaraçuxurlu özünü biabır etdi - Foto

Tabloid.az xəbər verir ki, meyxanaçı “İnstagram” bloqunda yazdığı statusda mərkəzi sinir sisteminin xəstəliyi olan amiptrofik sklerozu (ALS) ebola epidemiyası ilə qarışıq salıb.

O, statusunda “Bildiyimiz kimi bir çox dostlarım ebola qızdırmasına qarşı keçirilən aksiyada mənə meydan oxuyublar. İndi mən başıma ya buzlu su tökməliyəm, ya da pul ödəməliyəm. Mən ikinci variantı seçdim. Amma pulu hara, necə ödəyəcəyimi bilmirəm. Əgər hesab nömrəsini bilən varsa, lütfən yazın. Yardımçı olmuş olarsınız. Öncədən təşəkkür. Allah bəşəriyyəti dərd-bəladan uzaq etsin, inşallah”- yazıb.

Qeyd edək ki, ALS - Amyotrofik lateral skleroz xəstəliyidir. Sinir sistemi xəstəliyi ALS-nin ən əsas özəlliyi, əzələlərin zəifləyərək əriməsi və xəstənin ən sonda qüvvətdən düşməsi və yatağa bağlanması ilə nəticələnir. Bu xəstəlik bir müddətdən sonra danışma və udqunma problemi yaradır. Xəstəliyin sürətlənən vaxtlarında içərisində hava çatışmazlığı və ağciyər infeksiyası ölümə səbəb ola bilir. Xəstəliyə hər 100 min nəfərdən birində rast gəlinir.

Məlum flaşmoba gəlincə, başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökmürsə, ALS xəstələrinin vəqfinə 100 dollar verməlidir.

Ebola epidemiyası isə keçicidir. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Məhz bu viurs 2007-ci ildə isə Konqoda 187 nəfərin həyatına son qoyub. 2012-ci ildə isə Uqanda və Konqoda bu xəstəlikdən 57 nəfər ölüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR