“Mini geyinməsəm, dəli olaram” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Mini geyinməsəm, dəli olaram” - Fotolar

Səhnə şouları, açıq-saçıq geyimləri ilə dünya ulduzlarının izindən gedən Hadisədən maraqlı açıqlamalar

Bu dəfə “Şirin söhbət”də sizə dünya ulduzlarının izindən gedən, klipləri, seksual səhnə şouları ilə daim Türkiyənin gündəmini məşğul edən müğənni Hadisənin ən maraqlı müsahibəsini təqdim edirəm.

Hadisə arzularından, şəxsi həyatından, evlilik xəyallarından danışıb.

- Yeni bir albom təqdim etdin. Bu albomda dinləyiciləri nə gözləyir?

- Albom məni həm çox yordu, həm də həyəcanlandırdı. Sevənlərim çoxdan məndən albom gözləyirdilər. Yaxşı mahnıları tapmaq, peşəkar insanlarla işləmək asan deyil. Ona görə də indi özümü çox xoşbəxt hiss edirəm. Albomdakı mahnılar ürəyimə yatdı. Albomumum pozitiv enerjisi var.

- Bu albomu nə qədər vaxta hazırladın, kimlərlə işlədin?

- Albom hazırlığına nə vaxt başladığımı dəqiq deyə bilmərəm. Bu albomda uzun müddətdir əlimdə saxladığım mahnılar var. Ancaq son 4 ay işləri sürətləndirdim və albomu yay mövsümü bitmədən sevənlərimə təqdim etdim. Albomda 11 mahnı var. Bu albomda İsra Gülümser, Tolga Görsev, Emrah Karaduman, Gökhan Şahin, Alper Narman, Onur Özdemir, Selahattin Erhan, Selim Siyami Sümer, İskender Paydaş və Ozan Aktaş kimi məşhurlarla işləmişəm.

- Albomun adı niyə “Tövsiyə”dir?

- Albomda eyni adlı mahnı var. Həm də albomdakı bütün mahnılarda qadınlar üçün tövsiyələr var. Sevənlərimlə mahnılar vasitəsilə danışmağı sevirəm.

- Bu albomdaki 3 ən sevimli mahnı hansılardır?

- “Prenses” adlı mahnını çox bəyənirəm Qadınları həmişə güclü göstərməyi xoşlayıram, mahnılarımı da bunu nəzərə alaraq seçirəm. Bu mahnı da qadınların gücünü nümayiş etdirir.

Qadınlar öz güclərinin fərqində olmalıdırlar. Dünyada çox pis hadisələr baş verir. Nigeriyada qaçırılan qızlar üçün çox kədərlənirəm. Məncə Türkiyədə qadınlar daha güclüdürlər. Problem qadına şiddət tətbiq edən kişilərdədir. Ona görə də qadınları güclü olmağa səsləyirəm. O biri manılar da qadınlara güclü olmağı tövsiyə edir. “Tövsiyə” mahnısında deyilir ki, “nə olur, olsun arxana baxma”. Bir də “Tokat” adlı mahnı var. Ayrılıqdan sonra öz gücünün fərqinə varan qadından bəhs edir.

- Onda demək olar ki, “Tövsiyə” qadınlara həsr olunub.

- Hə, düzdür. Kişi fanatlarım əsəbiləşməsinlər, albomda onlar üçün də uyğun olan mahnılar var. Bundan öncəki “Aşk Kaç Beden Giyer” daha çox mənim yaşadıqlarımdan bəhs edən, kədərli bir albom idi. O albom çıxandan 3 il keçib. O vaxtdan indiyə kimi çox dəyişmişəm, böyümüşəm. Bu mahnılarımda da öz əksini tapır.

Haber ile ilgili metin girin!.

- Nə öyrəndin bu 3 ildə?

- Məni nəyin xoşbəxt etdiyini indi daha yaxşı anlayıram. Özüm üçün yaşamaq istədiyimi bilirəm. Həyatın çox qısa olduğunu və hər an hər şeyin dəyişə biləcəyini başa düşürəm. Albom qabığının arxasında bir yazım var: “Aynaya baxanda özümlə xoşbəxt olmaq istəyirəm. Hər mənada”. Mən görkəmdən bəhs etmirəm. Həyatda doğru işlər görürəm? Düzgün qərarlar verirəm? Yanımdakı insanlarla yaxşı rəftar edirəm? Bu sualların cavabları maraqlıdır mənim üçün.

Makiyajla nəyisə gizləyə bilərsiniz, amma ürəkdəki ləkələri makiyaj və ya libasla örtə bilməzsiniz. Bahalı pencək geyinmək o ürəyi təmizləmir. Mən özünü bəyənən bir qadınam. İndi yorğun görünürəm amma birazdan saçım və makiyajım edildikdən sonra özüm üçün ürəyim gedəcək.

Bunu dilə gətirməkdən çəkinmirəm. Bəzi mövzularda mütəvazilik etmək lazım deyil. Mütavazi olmaq lazımdır. Amma həyatda insan bəzi mövzularda özünə inanmalıdır. Öyrəndiyim bir şey daha var. Başqalarının məni necə görmək istədiyi yox, mənim özümüm necə görmək istədiyim önəmlidir.

- Səni “O Ses Türkiye”də yenə münsif heyətinin üzvü olaraq görəcəyik?

- Acun İlıcalı hələ “Survivor”dan qayıtmayıb. Bu arada biz “O Ses Çocuklar”ın çəkilişlərini davam etdirdik. Bu ay həmin veriliş yayımlanacaq. Mustafa Ceceli və Murat Bozla birlikdə münsif heyətinin üzvüyəm. Uşaqlar çox ağıllıdılar və böyüklərdən daha peşəkardırlar. Əzbərləyə bilmədim, çatdıra bilmədim kimi bəhanələri yoxdur. Onlarla işləmək çox əyləncəlidir, eyni zamanda da adam çox yorulur. Çünki qarşında şirin, sevimli uşaqlar və dilindən çıxan hər cümləni 40 dəfə düşünməli olursan. Uşaqdır, sözlərim onu incidə bilər, belə şeylərdən çəkinirəm. Hamısına eyni münasibət göstərirəm ki, özlərini pis hiss etməsinlər.

- Əminəm ki, izləyib bəyənəcəyik. Ancaq mən sualımın cavabını ala bilmədim. “O Ses Türkiye”də olacaqsız, yay yox?!

- Olmağı çox istəyirəm. istəmirəm deməyim üçün çox böyük səbəblər lazımdı. Elə səbəblər də yoxdur.

-Acun İlıcalı yarışmada sənin hazırlaşdırdığın iştirakçılardan heç birinin birinci ola bilməməsini tez-tez vurğulayır. Bu səni narahat etmir?

- Hə, Acun bu mövsüm mənə çox söz atdı. Hətta elə vaxtlar oldu ki, ağzını lentləmək istəyirdim ki, danışmasın. Biz bir-birimizi tanıyırıq. Məni tanımasa, sevməsə, canlı yayımda elə davrana bilməz. O mənim belə şeylərə fikir vermədiyimi bilir. Komplekslərim yoxdur. Çəkilişlərdə çox əylənirəm, çox gülürük.

- Son vaxtlar elə bil yeni bir ulduz, yaxşı bir müğənni çıxmır. Sən nə düşünürsən?

- Yeni birinin çıxıb, özünü sevdirə bilməsi üçün heç kimdə olmayan xüsusiyyətləri olmalıdır. Hər gün yeni bir müğənni görürəm ekranda, çoxlu kliplər çıxır, ancaq heç nə olmur. Sənətə yeni gələnlər özlərini çox bəyənmiş olurlar. Bunlar hansı prodüserlərlə, menecerlərlə işləyirlər bilmirəm, ancaq onlara çox yanlış yol göstərilir. Elə bilirlər ki, qalmaqal etsələr hamı onları sevəcək. Elə deyil. Türk insanı axmaq deyil, kimin kimi yamsıladığını, "kopiyaladığını" o dəqiqə tuturlar. Öz fərqliliklərini nümayiş etdirməsələr, bu sənətdə qalıcı ola bilməzlər.

Hörmət və sevgi hər şeydən önəmlidir məncə. Bir də görürsən sənətə təzə gələn biri ekranda “bunu edəcəyəm, onu edəcəyəm”, - deyir. İnsanlar soruşa bilərlər ki, “Sən kimsən, axı?”. Əvvəlcə özünü insanlara sevdirəcəksən, tanıdacaqsan. Ondan sonra danışa bilərsən. İllər keçməsinə baxmayaraq, mən hələ də böyük-böyük danışmıram. Daha yaxşı yerlərə gəlmək, daha yaxşı albomlar çıxarmaq üçün dua edirəm. Amma heç yerdə “Ən yaxşı albom mənimki olacaq”, “Ən yaxşı müğənni mənəm” demirəm.

- Bəs sən Türkiyədə kimləri bəyənirsən?

- Məsələn, Mustafa Cecelini. Onunla yeni tanış olmuşam, çox təmiz qəlbli insandır. Mənə ən çox mənəvi dəyərləri olan insanlar təsir edir. Bir dəfə mükafat mərasimlərindən birində Orxan Gəncəbay və Sevim Emre ilə qarşılaşdıq, salamlaşdıq. Keçib yerlərində oturdular. Sonra Orxan Gəncəbay qalxıb “Hadisəcim səni öpmədim” deyərək yanıma gəldi. Mən Orxan Gəncəbayı dinləyərək, izləyərək böyümüşəm. Və o yerindən qalxıb mənim yanıma gəlir. Ona görə də ona “Orxan baba” deyirlər. Gələcəkdə mən də onun kimi olmağı ümid edirəm.

- Daim insanların diqqət mərkəzindəsən. Nə dərəcədə səmimi ola, hiss etdiyin kimi davrana bilirsən?

- Həmişə özüm kimi olamağa çalışıram. Amma diqqətli olduğum məqamlar da var. Elə bir dövrdə yaşayırıq ki, hamının əlində kameralı telefon var. Məncə əvvəllər sənətçilər daha xoşbəxt olublar. Əylənirdilər, bara gedirdilər, eşq yaşayırdılar, amma heç kimi şəkillərini çəkib qəzetə vermirdi.

İndi flirt etmək istəsən, bəyəndiyin adamla gedib hardasa balıq yeyə bilməzsən. Artıq hamı paparassi olub.

- Bəs bu işin öhdəsindən necə gəlirsən? Necə flirt edirsən?

- Harada, necə görüşə biləcəyimi araşdırıram. Normalı budur ki, kimdənsə xoşun gələndə onun yemək təklifini qəbul edirsən. Ancaq məşhursansa, sabahı gün yanındakı kişinin şəkilləri bütün qəzetlərdə çıxır. Mənim bir ailəm var. Ona görə də diqqətli olmağa çalışıram. Münasibət ciddiləşməyə başlayandan sonra daha rahat oluram.

- Bundan 10 il sonra necə bir qadın olacağını xəyal edirsən?

-Təlaşlı olmaq istəmirəm. Hər şeyi sakit qarşılayan bir qadın olacağımı düşünürəm.

- Səni ən çox nə təlşalandırır?

- Hər şey. Məsələn, kiçik bir dava, kiçik problemlər. Mən döyüşçü ruhu daşıyıram. İstədiklərimi həyata keçirə bilməyəndə təlaşlanıram. Yoxsa həyatı qaçırıram, ana olum artıq, övladımı qucağıma alım kimi dərdlərim yoxdur. Uşağı 45 yaşında da dünyaya gətirmək olar. Bunu istəsəm eləyə bilərəm, təbii ki, Allah icazə versə.

- Ailə qurmaq sənə nə qədər yaxındır?

-Hazırda mənə çox uzaq görünür. Qarşıma doğru insan çıxanda əlbəttə, belə məsələlər gündəmə gələcək. Amma indi yalnızam, ona görə də evlilik heç ağlımın ucundan da keçmir.

Hadise Sahne Elbisesi

- Həyatında heç kim yoxdur?

- Yox. Buna vaxtım yoxdur. Istəyirəm ki, sevgilim olsun. Eşq gözəldi, həyəcanlıdır.

- 28 yaşındasan. Bundan sonra həyatına daxil edəcəyin kişidən nələr tələb edəcəksən?

- Çox şey gözləyirəm. Bunların heç biri maddi deyil. Anam həmişə “öz ayaqların üzərində dur, sevdiyin kişi ilə evlən” deyirdi. Çox şükür öz pulumu qazanıram, mənimlə olan adamın da çox işləməsi lazımdır. Gəlib mənim pulumla yaşamağını istəmərəm. Böyük danışmağı sevmirəm, amma elə bir vəziyyətlə qarşılaşsam, qapını göstərərəm ona. Eqosu olmasın, kompleksləri olmasın, səbirli olsun. Bir az qısqanc ola bilər. Amma səhnədə mənə qarışa bilməz. Bu mövzuda da böyük danışıram. Çünki icazə vermərəm. Səhnə mənim həyatımdır. Həyatımdakı insan mənə səhnədə mini geyinə bilməzsən, elə rəqs edə bilməzsən desə, dəli olaram. Bu sənətdir, bu şoudur. İndi fikirləşdikcə eşqdən soyuyuram. Məni narahat edəcək bir insan olacaqsa, həyatımda heç kim olmasa yaxşıdır. Eləsinə “Mənim anam, atam bu günə qədər heç nə deməyib. Sən kimsən?” deyərəm. Amma şəxsi həyatımızda hörmət edərəm. Ailəmdən aldığım tərbiyə harada, necə oturub durmalı olduğumu öyrədib mənə. Onsuz da səhnədə geyindiklərim elə ordada qalır. Gündəlik həyatda elə geyinmirəm.

- Necə kişilərdən xoşun gəlir?

-Bu mövzuda qəti bir şey deyə bilmərəm. Mən Tərəzi bürcündənəm. Fikrimi tez-tez dəyişdirirəm.

- Adın davamlı Murat Bozla birgə hallanır. Bu xəbərlər niyə çıxır?

- Heç elə bir şey ola bilər? Biz çox əylənirik, Murat da, mən də çox gülürük bu xəbərlərə. Üç ildir birlikdə işləyirik, elə bir şey olsa idi, indiyə kimi olardı.

- Həyatda nəyin ardınca qaçırsan?

- Hadisə kimi qalmağın dərdindəyəm. Çünki Allah mənə çox kömək oldu, yuxularımı çox erkən yaşda reallığa çevirdi. Hələ 30 yaşım olmadan bunları yaşayacağım ağlıma gəlməzdi.

- Demək olar ki, hər həftə qəzetlərdə “Hadisə arıqladı” və ya “Hadisə kökəldi” başlıqlı xəbərlər çıxır. Doğurdan da həmişə pəhrizdəsən?

- Bunlar vecimə deyil. Mənim haqqımda o qədər şey yazılır ki, hamısını düşünsəm çox bədbəxt olaram. Hamını məmnun etmək imkansızdır. Əlindən gələni eləsən də, səni qaralamaq istəyən insanlar olacaq. Mən müğənniyəm, sənətçiyəm. Model kimi arıq olmağa məcbur deyiləm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm