• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyanın ən varlı gözəlləri kimdir? - Fotolar

Dünyanın ən varlı gözəlləri kimdir? - Fotolar

Onlar hələ uşaqlıqdan dünyanın ən bahalı yaxtalarında gəzirlər, ən yaxşı maşının hansı olduğunu bilirlər, dünyanı səyahət edirlər... Bir sözlə yağ-bal içində yaşayırlar. Çoxmilyonlu ailələrinin varisləri həm ağıllı, həm də qeyri-adi dərəcədə gözəldirlər. Bəs dünyanın ən gözəl varlıları kimdir?

Kira Plastinina

2

Rusiyalı dizaynerin 20 yaşı var. Qızın modelyerin olmağına bizmnesmen atası – Serqey Plastinin çox kömək edib. Belə ki, atası qızı üçün öz Kira Plastinina brendini yaradıb. Kira dünyanın bütün qızları üçün geyim nümunələri hazırlayır. Kira Plastininanın aktivləri barədə heç nə məlum deyil, lakin deyilənlərə görə, brendin inkişafına 3,5 milyon dollar qoyulub və bunu artıqlaması ilə geri qaytara biliblər.

Anastasiya Potanina

Onun atası Rusiyanın tanınmış biznesmenidir. Vladimir Potanin 2010-cu ildə sərvətlərini varislərinə deyil, xeyriyyə fonduna hədiyyə etməyi qərara alır. Bu qərar ailə üzvlərini təəccübləndirmir. Sən demə, uşaqları da bu işi dəstəkləyirlər və özləri öz əziyyətləri ilə qazanmağa can atırlar. 28 yaşlı qızı Anastasiya akvabayk idman növü ilə ciddi şəkildə məşğul olur. Hətta 3 dəfə dünya çempionu olub. Lakin vaxtının çoxunu atasının şirkətində biznesin inkişafına sərf edir.

Kseniya Sobçak

Sankt Peterburq meri Anatoliy Sobçak və ictimai xadim Lyudmila Narusovoyun qızı Ksenya Sobçaka valideynlərindən yaxşı kapital qalıb. Bu yaxınlarda Ksenya Sobçak etiraf edib ki, onun illik gəliri 2,5 milyon dollardır. Banklara etibar etmədiyi üçün pullarını evində saxlayır. Baxmayaraq ki, evində axtarış zamanı pullarının bir hissəsi müsadirə olu. O, Rusiyanın ən varlı məhşurlarının reytinqinə daxildir. Müxtəlif layihələrinin müəllifidir, ölkənin həyatında fəal iştirak edir.

Paris Hilton

Amerikanın ən məşhur sarışını olan Paris Hiltonun ulu babası dünyada ən böyük otellər şəbəkəsinin banisi olub. Onun bir neçə uğurlu tele layihələri var, geyim brendləri və ətir istehsalı ilə məşğuldur. Kinolarda çəkilir, albom və kitab buraxır. Baxmayaraq ki, babası onu kefcil həyat tərzi sürdüyünə görə, ailə mirasından məhrum edib, Paris qətiyyən ruhdan düşmür. Müsahibələrinin birində demişdi ki, təkcə ətirdən 1 milyard dollar gəlir əldə edib. Jurnallarda çəkdirdiyi çılpaq pozalardan əldə etdi gəlir isə 1 milyon dollar təşkil edir. Deyilənlərə görə, 2011-ci ildə Paris Hiltonun illik gəliri 10 milyon dollar olub.

Amanda Herst

Onun ulu babası tanınmış naşir Uilyam Rendolf Herst öz qohumlarını uzun müddət qayğısız həyatla təmin edib. Amanda uşaqlıqdan heç nədən korluq çəkməyib. Deyilənlərə görə, o geyimlərinə və kosmetikasına hər il 130 min dollar xərcləyir. Bu gözəlin pullarını hesablamağa gərək yoxdur. Belə ki, bank hesabında 9 milyard dollar yatır. Ərə getməyə hazırlaşmır, həyatını yaşayır. Amanda özünü moda və media sahəsində sınayır. Bir də xeyriyyə işləri ilə məşğul olur.

Ariana Rokfeller

Bu qızın soyadı hər şeyi izah edir. Ariana Rokfeller dünyada tanınan maliyyə maqnaqtları nəslinə mənsubdur. Buna görə də, uşaq yaşlarından onu əhatə edən dəbdəbə təəccüblü deyil. Ariana nadir hallarda cəmiyyət içində görünür. Yalnız xeyriyyə gecələri istisna təşkil edir. 2011-ci ildə özünün geyim brendini yaradır. Gəlirinin 10 faizini xeyriyyəçiliyə sərf edir.

Tamara Ekklstoun

Varisin uşaqlığı nərildəyən motorların səs-küyü içində çəkib. Onun atası Varri Ekklstoun “Formula 1” yarışmasının dünyaca ən məşhur çempionudur. Qızının da həyatını idmana həsr etməsi və Britaniya televiziyasında idman şərhçisi olması təəccüblü deyil. Bacısı ilə birlikdə prodüser şirkətini işlədir, bundan başqa dünyanın hər yerində daşınmaz əmlak alır. Bu yaxınlarda 55 otaqlı mülk almışdı. Orada nişanlısı Ömər Xəyyam və 5 iti ilə yaşamağı planlaşdırmışdı. Yeni, evin inanılmaz qiyməti 1,5 milyardı olan qızı utandırmır. Yeri gəlmişkən nişanlısı ona xəyanət etdiyi üçün evdə tək yaşamağı düşünür.

Kim Kardaşyan

Kim Kardaşyanın atası tanınmış vəkildir. Hansı ki, onu məşhurlarla tanış edib. Təəccüblü deyil ki, qız 14 yaşını Maykl Ceksonun iqamətgahında qeyd edib. 16 yaşında valideynləri ona avtomobil hədiyyə edirlər lakin ciblərini pulla doldurmurlar. Kim dərsini mənimsəmişdi. Atasının yanından əlavə, mağazada paltar alveri ilə məşğul olurdu. Belə ki, 1000 dollara aldığı ayaqqabını, 2 və 3 dəfə baha qiymətə satırdı. İndi Kim bacıları ilə birlikdə aksessuar, parfum, geyim istehsalı ilə məşğul olur. Keçən il Kimin illik gəliri 18 milyon dollar idi. Erməni əsilli bu xanım porno filmlərə də çəkilir.

İvanka Tramp

Varlı ailənin qızı İvanka Tramp milyarder atası Donald Trampın pullarını xərcləmirdi, onu hissələrə bölürdü. Qız uşaqlıqdan əməksevər idi. İvanka model işləyib, universiteti bitirdikdən sonra isə atasının şirkətinə rəhbər vəzifəsinə keçib. İndi onu Trampın sağ əli hesab edirlər. 2 milyardın sahibini bu qane etmir və işə saat 6-da başlayır. O, müştərilərlə danışıqlar aparır və tikilən obyektlərə şəxsən özü rəhbərlik edir. 2009-ci ildə ailə qurub.

Şarlotta Kaziraqi

O, Monakonun knyaz ailəsində andan olub. Onu daha çox 20-ci əsrin ən gözəl xanımı olan Greys Kelli ilə müqayisə edirlər. Şarlotta gözəl təhsilli qızdır, idman və musiqini sevir. O ciddi nəşrlərdə köşələrə müəlliflik edir. 2010-ci ildə “Forbes” jurnalı onun ən gözəl müasir multimilyoner varislərdən biri adlandırıb. Şahzadə öz qüsursuz zövqü sayəsində dəb ikonu seçilib. Bu yaxınlarda o, hətta “Gucci”-nin siması oldu. Şarlotta Kaziraqi - böyük sərvətin sahibidir, hesabında $ 6 milyard var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR