• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Evləndikdən sonra ilk dəfə görüntüləndilər – Fotolar

Evləndikdən sonra ilk dəfə görüntüləndilər – Fotolar

Ötən həftə gizli şəkildə ailə quran məşhur ulduzlar Ancelina Coli və Bred Pitt nikahdan sonra ilk dəfə görüntüləniblər. Maraqlı məqam isə odur ki, onların hər biri ayrı-ayrı ölkələrdə kameralara tuş gəliblər. Deyəsən, cütlük bal ayı keçirmək fikrində deyil.

Bred Pitt ötən gün Manhettendə paparassilərin hədəfinə tuş gəlib. Olduqca xoşbəxt görünən aktyor jurnalistləri salamlayıb, gülümsəyərək ətrafa pozitiv enerji yayıb. Yaraşıqlı aktyorun narıncı şapkası diqqət çəkib.

9 illik sevgilisi Bred Pittlə ailə quran cazibədar aktrisa Ancelina Coli də paparassilərə yaxalanıb.

Aktrisa Maltada yeni filminin hazırlıqlarına davam edir. Coli burada bir yaxtaya minərkən görüntülənib. Həmişəki kimi başdan-ayağa qara geyinən Colinin barmağındaki evlilik üzüyü diqqətdən yayınmayıb.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR