Soyunmağı universitet təhsilindən üstün tutan gözəl - Fotolar
Bizi izləyin

Tabloid.az

Soyunmağı universitet təhsilindən üstün tutan gözəl - Fotolar

Onun 48 yaşı olsa da, adı dəb dünyasında hələ də çəkilir. Sindi Krouford tək-tük modellərdəndir ki, adını model biznesinə qızıl hərflərlə yazdıra bilib. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə 47 yaşlı gözəlin həyat macəralarından və modellik

Onun 48 yaşı olsa da, adı dəb dünyasında hələ də çəkilir. Sindi Krouford tək-tük modellərdəndir ki, adını model biznesinə qızıl hərflərlə yazdıra bilib. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə 47 yaşlı gözəlin həyat macəralarından və modellik karyerasından danışacağam.

cindycrawford_SPARads.jpg

Sindi En Krouford 20 fevral 1966-cı ildə Amerikanın İllinoys ştatında anadan olub. Boyu 177 sm, bədən ölçüləri 86-66-89 sm, çəkisi isə 56 kq-dır. Balıq bürcündəndir. Sindi İllinoysun ən nüfuzlu universitetində təhsil alsa da, təhsilini yarımçıq qoyur və 16 yaşından model kimi fəaliyyət göstərir. Bəs onu dərslərini əla oxumağına baxmayaraq, təhsilini atmağa nə vadar edir? Modellik biznesi niyə onu bu qədər maraqlandırır?

Podiumların və dəb jurnallarının gələcək ulduzu sadə ailənin qızı olub. Atası Den Krouford elektrik mühəndisi, anası Cenifer isə tibb bacısı işləyirdi. Valideynləri varlı olmasa da, çox xeyirxah və mehriban insanlar olub. Atası oğul övladı arzulayır, amma ard-arda 3 qızları dünyaya gəlir. 3 qızdan sonra nəhayət ki, gözlənilən oğul dünyaya gəlir. Təəssüf ki, 3 ildən artıq yaşamır, leykemiya xəstəliyindən dünyasını dəyişir.

Valideynlərinin kədərini azaltmaq üçün Sindi dərslərini çox yaxşı oxuyur və məktəbi əla qiymətlərlə bitirir. Yeri gəlmişkən Sindi atasına olan sonsuz sevgisinə görə, soyadını ailə qurduqdan sonra da dəyişmir. O, ən yüksək balla İllinoysun ən yaxşı universitetilərinin birinin kimya mühəndisliyi fakültəsinə daxil olur. Universitetdə o qədər yaxşı oxuyur ki, ona hətta təqaüd verirlər. Lakin təhsilini 1 ildən artıq davam etdirmir və model olmaq qərarına gəlir.

Məşhurluğa aparan yol

Yay tətilində atası qəfildən xəstələnir, ailəsinə kömək etmək üçün gələcəyin modeli tarlada işləyib qarğıdalı yığır. Sindi tarlada işləyərkən yerli jurnalistin hazırladığı reportaja düşür. Təsadüfi foto Sindinin modellik karyerasının başlanğıcı olur. Gənc qızın gözəlliyinə diqqətsiz qalmaq mümkünsüz idi. Ona model olmağı təklif edirlər. Valideynlərinin ürəyincə olmasa da, Sindi təklifi qəbul edir.

Qızın füsünkar gözəlliyini fotoqraf Viktor Skrebenesski kəşf edir. Fotoqraf Sindini model agentliklərindən birinə düzəldir. Lakin gənc qızı model agentliyinə heyrətamiz gözəlliyinə görə deyil, fotoqrafın xahişi ilə qəbul edirlər. O, Çikaqoya gəlir və "Elite Model Management"-in təşkil etdiyi gözəllik müsabiqəsində iştirak edir. Burada ona podiumda düzgün gəzməyi, makiyaj etməyi və necə qidalanmaq lazım olduğu haqqında təlim keçirlər. Bu dövr Sindi üçün ağır bir sınaq idi. Çünki yanında doğmalarından dəstək ola biləcək heç kim yox idi. Çətinliklərə baxmayaraq, müsabiqədə Krouford ikinci yeri tutur. Bundan sonra o, "Vogue", "Cosmopolitan" kimi tanınmış jurnallarda görünür.

80-90-cı illərdə Krouford ən çox axtarılan modellərdən birinə çevrildi. Bahalı brendlər onu çəkmək üçün bir-biri ilə yarışa girirdilər. Onunla müqavilə bağlamaq brendlərə və jurnallara da böyük uğur gətirirdi.

İlk vaxtlarda model agentlikləri qızcığaza şərt qoymuşdular. Ondan dodağının üstündəki xalını götüzdürməsini tələb edirdilər. Krouford çox xoşladığı xalı olmadan özünü təsəvvür edə bilmirdi. Bu tələbi yerinə yetirmədiyi üçün sonralar heç də peşmançılıq hissi keçirmir. Çünki digər modellərdən məhz bu xalı ilə seçilir. Qeyd edim ki, karyerasının ilk vaxtlarında fotolarda modelin dodağının üstündəki xalı silirdilər. Halbuki Sindinin xarizması onun dodağının üstündəki xalı hesab olunur.

1988-ci ildə modelə "Playboy" jurnalından qeyri-adi təklif gəlir. Ona jurnalında üz qabığı üçün soyunub çəkil çəkdirməyi təklif edirlər. Sindi tərəddüd etmədən bu təklifi qəbul edir və erotik jurnala poz verən ilk model olur.

Tanınmış dəb ustası Karl Laqerfeld deyirdi: "Onda hər bir amerikalı qızın arzuladığı klassik gözəllik cəmlənib".

Model 1989-cu ildən modellik karyerasına "əlvida" deyənə qədər, "Revlon" kosmetika brendinin siması olur.

"Shape" jurnalının 1997-ci ildə apardığı araşdırmanın reytinqinə görə, Sindi dünyanın 2-ci ən gözəl qadını seçilir.

1995-ci ildə supermodel kinoya çəkilir. O, "Ədalətli oyun" filmində baş rolda oynayır. Lakin aktrisalıq qabiliyyəti zəif olduğu üçün kəskin tənqid edilir. Sonralar Sindi ikinci dərəcəli rollarda, seriallarda çıxış edir. 1989-cu ildən 1995-ci ilə kimi model MTV-də "Home style" proqramına aparıcılıq edir. Aparıcılıq qabiliyyəti filmdəki rollarından daha uğurlu alınır. Amma ən böyük məşhurluğu modelə fitnes video rolikləri gətirir. Bu videolarda model qadınlara idmanla düzgün məşğul olmağı və ideal bədən quruluşuna sahib olmağın sirlərindən danışır və göstərirdi.

Nümunəvi həyat yoldaşı və ana

20 illik model təcrübəsi olan Sindi 2000-ci ildə model biznesindən gedir, özünü bütünlüklə ailəsinə həsr edir. Sindi Krouford nümunəvi həyat yoldaşı və anadır. Onun ilk nikahı Riçard Girlə baş tutur və 4 il davam edir. Aktyor vaxtının çoxunu Tibetdə keçirirdi, gözəl həyat yoldaşı isə diqqət və qayğından məhrum olmuşdu... Buna görə də onların ailə həyatı uğurlu alınmır.

3 ildən sonra Sindi 2-ci dəfə biznesmen Renda Qerbera ilə ailə qurur. 2 iyul 1999-cu ildə cütlüyün oğlu Presli Uolker, 3 sentyabr 2001-ci ildə isə qızı Kaya Cordan dünyaya gəlir. Uşaqlarının hər ikisini model xəstəxanada deyil, evdə dünyaya gətirib.

tabloid.az

Supermodelin "Little Star Foundation" xeyriyyəçilik fondu var. Valideyn himayəsindən məhrum olan uşaqlara və leykimya xəstəliyindən əziyyət çəkənlərə yardım edir. (Xeyriyyə fondu kiçik yaşlarda vəfat edən qardaşının xatirəsinə təsis edilib)

2002-ci ildə Sindi Krouford "People" jurnalında dərc olunan dünyanın 50 ən gözəl adamları siyahısında yer alır.

2006-cı ildə supermodel "Maxim" kişi jurnalında çıxan ən cazibədar qadınların reytinqində 26-cı yerdə olur və Amerikanın ən çox sərvəti olan modelidir.

Cazibədar modelin 48 yaşı olmasına baxmayaraq, hələ də dünyanın tələb olunan gözəlləri arasındadır. Ara-sıra tanınmış jurnalların üz qabığına çəkilməkdən imtina etmir.

İdeal bədən quruluşunun sirri

"Bütün bəhanələri unudun! İdmanı hər yerdə və istənilən vaxt etmək olar. Ofisdə liftdən istifadə etməyin, pilləkənlərlə çıxıb-düşün!

Həftədə ən azı bir gün məşqlər üçün xüsusi vaxt ayırın. Nəfəsiniz kəsilənə qədər idman etməyin. İdman bizi gücsüz hala gətirməli deyil, əksinə enerji verməlidir. İdmanı fərqli şəkillərdə etməyə çalışın ki, ondan maksimum dərəcədə zövq ala biləsiniz. Bütün əzələləri fəaliyyətə gətirin. İdeal bədən quruluşuna sahib olmaq üçün sevdiyiniz bütün yeməklərdən imtina etmək olmaz. Sadəcə lazım olduğu qədər yeyin. Psixoloji vəziyyətimiz, əhvalımız xarici görünüşümüzə təsir edən amillərdir. Gözəl görünmək üçün pis fikirlərdən həmişə uzaq olun. Bütün əzələləri hərəkətə gətirmək üçün plates əla məşqdir".

Sindi uzun müddət plateslə məşğul olub. Bundan başqa model həftədə 2-3 dəfə mütləq qaçır. Kürək əzələlərini gücləndirmək üçün hər gecə nisbətən yüngül qantel qaldırır.

Gəncliyi qorumaq üçün Sindi siqaretdən uzaq durmağı, sağlam qidalanmaya əməl etməyi tövsiyə edir. Super modelin menyusunun 40%-ni karbohidratlar, 30%-ni zülal, 30%-ni yağlar təşkil edir. Gündə 5 dəfə, amma az-az yeyir.

Sindi Kroufordun gözəllik sirləri

Saç: "Sizə ən çox yaraşan rəngi tapın. Qadınların çoxu gəncləşmək üçün estetik əməliyyatlara üz tutur, ya da botoks etdirir, amma düzgün seçilmiş rəng qadını, hər şeydən daha cavan göstərir. Mən saçımı daha parlaq və həcmli göstərmək üçün bir rəngə boyamaq yerinə, aralara başqa tonlar əlavə edirəm. Saçımı hər dəfə fenlə qurutmuram. Çünki öz-özünə quruyanda daha təbii və həcmli görünür. Saçım quruduqdan sonra fenin əvəzinə, biqudi ilə forma verirəm. İri buqidilər saçı daha həcmli hala salmaq üçün ideal vasitədir. Biqudiləri çıxardıqdan sonra saçım inanılmaz dərəcə gözəl görünür".

Dəri: "Qidalandırın və qoruyun. Dərini gecə qidalandırmalı, gündüzlər isə qorumaq lazımdır. Yatmazdan əvvəl nəmləndirci krem çəkirəm. Gündüzlər isə dərimi günəşdən və küləkdən qorumaq üçün SPF tərkibli kremlər işlədirəm. Pilinq dərini ölü hüceyrələrdən təmizləyir. Fırça, ya da skrabın köməyi ilə evdə də pilinq etmək olar. Dərinin daha təbii görünməsi üçün 3 fərqli tonal kremi birləşdirin. Mağazalarda nə qədər mükəmməl və keyfiyyətli kremlər satılsa da, düzgün rəngi tapmaq çətindir. İki tonal kremi barmağıma töküb qarışdırıram və üzümə çəkirəm".

Göz və dodaq: "Qəhvəyi tonlar ən yaxşı gözəllik dostunuz olsun. Çünki qəhvəyi, qara qədər diqqət çəkmir. Gündüzlər qəhvəyinin fərqli tonlarında göz kölgəsi çəkirəm. Gecələr isə qəhvəyi qələmdən istifadə edirəm. Dodaq boyasını dəri rəngini nəzərə alaraq seçin. Mən çox zaman dodaq parladıcısı ilə kifayətlənirəm. Dodaq qələmi ilə dodaqlarımı vurğuladıqdan sonra parladıcı vururam. Dodaq qələmi parladıcının və dodaq boyasının daha qalıcı olmasına kömək edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm