Fatimə Hindistana niyə gedir? - Fotolar
Bizi izləyin

Tabloid.az

Fatimə Hindistana niyə gedir? - Fotolar

“Göyçək” ləqəbli rəqqasə Fatimə Fataliyeva yaradıcılıq işlərindən danışıb.

“Göyçək” ləqəbli rəqqasə Fatimə Fataliyeva yaradıcılıq işlərindən danışıb.

O, Tabloid.az-a açıqlamasında yeni rəqs hazırladığını deyib. Onun sözlərinə görə, “Qafqaz bloku” adlı rəqsi iki qardaşla ifa edib:

“Bu günə qədər “Qafqaz bloku” rəqsini Azərbaycanda təqdim edən olmamışdı. İlk olaraq bu rəqsə mən müraciət etdim. Rəqsin quruluşu Fərhad Vəliyevə məxsusdur”.

“Göyçək” Fatimə onu da əlavə edib ki, noyabr ayında Hindistanda və Türkiyədə festivallarda olacaq:

“Yeni mövsümdən yaradıcılıq işlərimlə bağlı planlarım çoxdur. Yeni rəqs nümunələri hazırlamışam. Belə ki, noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mersin şəhərində keçirilən festivallara dəvət almışam. Hindistanda keçiriləcək festivalda “Səma” rəqs qrupu ilə birgə səhnəyə çıxacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm