33 kilo arıqlayan aktrisa: “Sevgilim bu halımı bəyənmir” – Fotolar
Bizi izləyin

Tabloid.az

33 kilo arıqlayan aktrisa: “Sevgilim bu halımı bəyənmir” – Fotolar

Tamaşaçılara “Çalıquşu” serialında canlandırdığı Südlü Nuriyə obrazı ilə tanış olan aktrisa Elif Sümbül Sərt 33 kilo arıqlayıb

Tamaşaçılara “Çalıquşu” serialında canlandırdığı Südlü Nuriyə obrazı ilə tanış olan aktrisa Elif Sümbül Sərt 33 kilo arıqlayıb.

Yeni görünüşü ilə hər kəsi təəccübləndirən aktrisa “Hürriyət”ə verdiyi müsahibəsində arıqlamağından və yeni hədəflərindən danışıb.

“Heç vaxt artıq çəkim olmayıb. Yalnız övladlarımı dünyaya gətirdikdən sonra kökəlməyə başladım. 85 kiloqram olmuşdum. Bu isə karyerama da mənfi təsir edirdi. Hətta bu sənətdən getmək istədiyim vaxtlar da olmuşdu. Arıqlamaq istəyirdim. Amma elə o vaxt “Çalıquşu” serialı üçün iri döşlü, kök bir obraz üçün aktrisa axtardıqlarını eşitdim. Çağan Irmak və Timur Savcıya görə, bu rolu qəbul etmək istədim. Ona görə də arıqlaya bilmədim”.

İki övlad sahibi olan aktrisa həyat yoldaşından boşanmasının görünüşü ilə əlaqəsi olmadığını bildirib:

“Xoşbəxt deyildim. Bir qızımın 6, digərinin 2 yaşı var. Ərimdən heç bir maddi və mənəvi dəstək görmürdüm. Ona görə də, boşandım”.

Elif bundan sonra seksual obrazları canlandıracağını qeyd edib:

“Qədim dostum” serialında tamaşaçılar məni görəndə şoka düşəcəklər. İlk dəfə makiyajdan bu qədər istifadə edəcəm. Cəsur, arsız biri olaraq qarşınıza çıxacam”.

Boşandıqdan sonra özünə yeni sevgili də tapan aktrisa kök halının daha çox bəyənildiyini qeyd edib:

“İnsanlar köklərin bədbəxt olduqlarını düşünürlər. Amma bu səhv fikirdir. Mən kök olanda da özümü möhtəşəm hiss edirdim. Qarnım istisna olmaqla bədənim mükəmməl görünürdü. Seksual görünməyin kilo ilə əlaqəsi yoxdur. İndiki halımı bəyənməyənlər də var.

Arıqladıqdan sonra “Çalıquşu”nda birlikdə işlədiyim həmkarlarımla qarşılaşdım, dəhşətə düşdülər, bu qədər arıqladığıma inanmadılar. Sevgilimlə kök olanda tanış olmuşdum. İndi “oğlan uşağı kimisən. Getdikcə əriyirsən”, deyə şikayət edir. İlk dəfə eşqin nə demək olduğunu hiss edirəm. Çox xoşbəxtəm”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm