Ən yaxşı ənliklər - Fotolar
Bizi izləyin

Tabloid.az

Ən yaxşı ənliklər - Fotolar

Qadın gözəlliyini vurğulayan ən yaxşı kosmetik vasitələrdən biri də ənliklərdir. Makiyajı qüsursuz edən bu kosmetik vasitənin doğru seçilməsi çox önəmlidir. Əks halda gözəl görünmək əvəzinə, yanlış makiyajın qurbanına çevrilə bilərsiniz

Qadın gözəlliyini vurğulayan ən yaxşı kosmetik vasitələrdən biri də ənliklərdir. Makiyajı qüsursuz edən bu kosmetik vasitənin doğru seçilməsi çox önəmlidir. Əks halda gözəl görünmək əvəzinə, yanlış makiyajın qurbanına çevrilə bilərsiniz.

Tabloid.az sizin üçün ən yaxşı ənlikləri araşdırıb. Təqdim edəcəyimiz ənliklər həm rəng, həm qalıcılıq, həm də üzdə təbii görünüş verməsi baxımından idealdırlar.

Clinique Quick Blush

Ənlik və fırçanın birlikdə təqdim olunduğu bu məhsul çantada gəzdirmək üçün idealdır. Bu ənliyin ən yaxşı tərəfi üzdə təbii effekt yaratmasıdır.

Ən yaxşı çaları - "Minute Mocha"

MAC toz ənlik

MAC brendinin təqdim etdiyi ənliklər onlarla rəng seçimi ilə diqqət cəlb edir. Demək olar ki, heç bir brend ənlikdə bu qədər rəng şkalası təqdim etmir. Parıltılı, donuq, simli və s. növlərdən istədiyinizi seçə bilərsiniz. Üzdə uzun müddət qalan bu ənliklər gün ərzində sizə makiyajı təzələmək dərdindən də xilas edir.

Ən yaxşı çalarları: "Fleur Power", "Dollymix", "Style"

Tarte Cheek Stain gel ənlik

Sağlam və gənc görünmək istəyən xanımlar üçün ən yaxşı ənlik budur. Gel-krem şəklində olan bu ənlik yanaqlara təbii parıltı bəxş edir.

Ən yaxşı çalarları: "Flush", "Blushing Bride"

The Balm Stainiac maye ənlik


Bu ənliyi yanaqlarla yanaşı, dodaqlar üçün də istifadə edə bilərsiniz. Həm yanağa, həm də dodağa təbii çəhrayı rəng verən bu məhsul 6-8 saat qala bilir.
Ən yaxşı çaları: "Beauty Queen"

Estee Lauder Pure Color Blush

Ən çox tövsiyə edilən ənliklərdən biridir. Üzə asan çəkilir. Yumşaq teksturası ilə diqqət çəkir.

Ən yaxşı çalarları: "Wild Sunset" ,"Sensuous Rose"

Bobbi Brown Pot Rouge krem ənlik

Bu da krem şəkilli ənlikdir. Yumşaq formulaya sahib olan məhsul parıltılı rəngləri sevənlər üçün idealdır.

Ən yaxşı çalarları: "Pale Pink", "Calypso Coral", "Raspberry"

Max Factor Miracle Touch krem ənlik

Bu ənliyi barmaqlarınızla da çəkə bilərsiniz. Fırçasız çəkilə bilən, krem şəklindəki ənlik 12 saata kimi qala bilir. Nəmləndirici xüsusiyyətə malikdir. Quru dəri tipinə sahib olanlar üçün idealdır.

Qeyd edək ki, bu məhsulu dodaqlara rəng vermək üçün də istifadə edə bilərsiniz.

Ən yaxşı çaları: "Soft Murano"

NARS Blush

Brend 24 rəng seçimi təqdim edir. Ancaq daha çox "Orgasm" adlı çaları ilə məşhurdur.

Ən yaxşı çalarları: "Gaiety", "Luster", “Orgasm”

BeneFit Coralista toz allık, 99 TL

“BeneFit”in ən məşhur “Coralista” ənliyi bağlamasından fırçasına qədər hər detalı ilə Braziliyanı xatırladır. Bu parıltılı şaftalı rəngi üzə ekzotik görünüş bəxş edir. Həm ağ, həm də qara dəridə yaxşı qalır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm