Böyrəkləri qorumağın yolları
Bizi izləyin

Tabloid.az

Böyrəkləri qorumağın yolları

Sağlam olmaq üçün daxili orqanlarımızın qeydinə qalmalıyıq. Daxili orqanlardan ən həssası və tez yorulanı böyrəklərdir. Bəs böyrəkləri qorumaq üçün nə etmək lazımdır?

Sağlam olmaq üçün daxili orqanlarımızın qeydinə qalmalıyıq. Daxili orqanlardan ən həssası və tez yorulanı böyrəklərdir. Bəs böyrəkləri qorumaq üçün nə etmək lazımdır? Tabloid.az Türkiyə mətbuatına istinadən böyrəkləri qorumağın yollarını təqdim edir:

1.Hərəkət etmək

Asta sürətlə gəzinti, yüngül qaçış, velosipedə minmək kimi hərəkətlər sağlam bədən üçün vacibdir. Bu hərəkətlər insanı artıq çəkidən də xilas edir. Bu isə diabet, hiperrtoniya kimi xəstəliklərdən qorunmağa kömək olur. Nəticədə böyrəklərin ən böyük düşmənlərindən xilas olursunuz.

2.Qanda şəkərin miqdarına nəzarət

Xroniki böyrək xəstəliklərinə səbəb olan ən böyük bəla diabet xəstəliyidir. Müvafiq müalicə və pəhrizlə qandakı şəkərin miqdarını və qan təzyiqini normal həddə saxlamaq mümkündür. Beləliklə, böyrəkləri diabetin mənfi təsirlərindən qoruyacaqsınız.

3.Sağlam qidalanmaq

Sağlam qidalanma xroniki böyrək xəstəliklərinin qarşısını alır. Duzdan istifadəni azaldın. Daha çox təzə yeməklərə üstünlük verin. Konservlərdən istifadə etməyin.

5. Çoxlu su içmək

Gün ərzində 1,5-2 litr su içmək xroniki böyrək xəstəliklərindən qorunmağa kömək edir. Su təkcə böyrəklər üçün deyil, bütün həyati orqanlar üçün vacibdir.

6. Siqaret çəkməmək

Siqaret böyrəklərdə qan dövranının azalmasına səbəb olur. Bu isə böyrəklərin süzmə funksiyasını pozur və artıq maddələr orqqanizmdə qalır. Ona görə də siqareti tərgitmək lazımdır.

8. İldə bir dəfə böyrəkləri yoxlatmaq

Xüsusilə də ailəsində böyrək xəstəlikləri olan şəxslər ildə bir dəfə həkimə gedərək böyrəklərini müayinə etdirməlidirlər. Bu sizə xəstəliklərin qarşısını almaqda kömək edəcək. Məlumdur ki, bütün xəstəliklər ilkin mərhələdə aşkarlandıqda müalicəsi daha asan olur. Ona görə də müayinə olunmaqdan çəkinməyin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm