Tünzalə Ağayeva: “Ağlamaqdan bitmişəm…” - Video
Bizi izləyin

Tabloid.az

Tünzalə Ağayeva: “Ağlamaqdan bitmişəm…” - Video

Əməkdar artist Tünzalə Ağayeva bu günlərdə intihar edən gənc ifaçı Sura Əsgərovadan danışıb.

Əməkdar artist Tünzalə Ağayeva bu günlərdə intihar edən gənc ifaçı Sura Əsgərovadan danışıb.

Tabloid.az xəbər verir ki, Sura ilə “Qovuş ona” mahnısını oxuyan müğənni onun intiharı olayından hələ də özünə gələ bilmədiyini deyib. Sənətçi “10Lar” verilişində hadisənin təfərrüatları haqqında damışıb:

“Sura ilə bağlı ümidlərim, planlarım var idi. Yatsam yuxuma da girməzdi ki, belə olacaq. Bu yaşda həyatdan getməsi, hələ özünə qıyması dəhşətdir. Mənə qonşuları “Facebook” vasitəsilə bu acı xəbəri verdilər. Oxuyanda inanmadım. Telefonuna zəng etdim. Tanımadığım bir səs cavab verdi. Kim olduğumu soruşdu. Özümü təqdim edəndən sonra dedi ki, müstəntiqdir. Bəs Tünzalə xanım, Sura intihar edib. Həmin an məndən elə bir səs çıxdı ki… Təsəvvür edə bilməzsiniz… Ağlamaqdan bitmişəm”.

T.Ağayeva deyib ki, Suranın mərasiminə özünü güclə çatdıra bilib:

“Dəfn mərasiminə çatdım. İki dəqiqə sonra onu torpağa tapşırdılar. Sanki məni gözləyirdi, Tünzalə gəlsin, sonra dəfn olunsun…Ölüm səbəbini bilmirəm. Kaş içindəki narahatçılığı mənə deyərdi. “Qovuş ona” duetindən sonra Suranın öz mahnısını oxumasını istəyirdim. Alınmadı”.

Qeyd edək ki, Sura Əsgərli bir neçə gün öncə özünü asaraq intihar edib. Onun intiharının səbəbləri hələ ki, bəlli deyil. 23 yaşlı Suranın intihar faktı ilə bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm