Rusiyada yaşayan azərbaycanlı müğənninin yeni klipi - Video
Bizi izləyin

Tabloid.az

Rusiyada yaşayan azərbaycanlı müğənninin yeni klipi - Video

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Bahh Tee yeni klipini təqdim edib.

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Bahh Tee yeni klipini təqdim edib.

Tabloid.az xəbər verir ki, əsl adı Bəxtiyar Əliyev olan ifaçı “Неужели ты моя” (“Doğrudanmı sən mənimsən?”) mahnısına klipini Azərbaycanda çəkdirib. Klipin rejissoru Emin Muradov, operatoru Orxan Məmmədov, çəkiliş üzrə direktoru isə Pərviz Məmmədov olub.

Davamlı olaraq dünyanın müxtəlif ölkələrində solo konsertlər verən, klipləri Rusiyanın, Ukraynanın, Qazaxstanın və başqa ölkələrin əsas televiziyalarında yayımlanan yeganə azərbaycanlı ulduz bundan əvvəl kliplərini ABŞ, Rusiya, Estoniya və digər ölkələrdə çəkdirib. O, ilk dəfə Bakıda klip çəkməyindən danışıb. Məlum olub ki, sözügedən mahnını müğənni Bakıda yazıb:

“Çoxdan idi ki, Bakıda klip çəkdirmək istəyirdim. Çünki mən əslən azərbaycanlıyam.

Statistikaya əsasən, “YouTube” kanalında olan səhifəmdə məni Azərbaycanda cəmi 2,5 faiz izləyir. Digər 97,5 faiz isə Rusiya, Avropa ölkələri, Amerikanın payına düşür. Bu məqsədlə Bakının gözəlliyini bir daha bütün dünyaya göstərmək istəyirdim. Düşünürəm ki, Bakının möhtəşəm panoramı, İçərişəhərin, Dənizkənarı Parkın ecazkar gözəlliyi insanları paytaxtımıza gəlməyə vadar edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm