Tabloid.az
Alma sirkəsindən saçlar üçün faydalı maska
Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, qadın
gözəlliyinin mühafizəsində də böyük rol oynayır. Bu məhsul saç
tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin nəfəs
almasına kömək edir, kəpək problemini aradan qaldırır.
Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə
edirlər.
Sirkə maskası necə hazırlanır?
1 çay stəkanı alma sirkəsi ilə 2 litr ilıq suyu qarışdırın və bu
qarışığı saçların uc və diblərinə yedirib, yarım saat gözlədikdən
sonra saçınızı şampunla yuyun.
Bu maskanı həftədə 1 dəfə istifadə etsəniz saçlarınız parlaq və
qüsursuz görünəcək.
Saçları hər gün yumayın
Saçları hər gün yuduqda dəridəki qoruyucu bakteriyalar məhv
olur, kəpəklənmə və saç tökülməsi kimi problemlər meydana
çıxır.
“Saçım çox yağlıdır” deyib saçları hər gün yumaq yağlı saçdan heç
də qurtulmaq demək deyil. Əksinə, dərinin qoruyucu florası pozulur.
Saçları həftədə 3 dəfə ilıq su ilə yumaq lazımdır.
Saçlarınızda jele, boya kimi kimyəvi məhsulları uzun müddət
saxlamayın, çünki bu məhsullar da saçın və saç dərisinin təbii
quruluşunu pozur, onları gücsüzləşdirir.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?