Nura həmkarlarına səsləndi: “Ona kömək olaq!”
Bizi izləyin

Tabloid.az

Nura həmkarlarına səsləndi: “Ona kömək olaq!”

Müğənni Nura Suri ölkədə keçirilən bir sıra musiqi yarışmalarından danışıb.

Müğənni Nura Suri ölkədə keçirilən bir sıra musiqi yarışmalarından danışıb.

Sənətçi Tabloid.az-a açıqlamasında “Azərbaycanın səsi” layihəsini çox bəyəndiyini deyib. Müğənni bildirib ki, məhz bu yarışma sayəsində ölkədə keçirilən müsabiqələrə münasibəti dəyişib:

“Uzun illərdir biz musiqi yarışmalarından şikayət edirik. Ancaq məncə, etiraf etmək lazımdır ki, adıçəkilən layihə bütün stereotipləri qıra bildi. Onu da qeyd edim ki, bizim elə ən uğurlu ifaçılarımız zamanında müxtəlif yarışmalardan çıxıb, səhnəyə gəliblər. Yaxşı yarışmalar istedadı olanlara yalnız müsbət təsir edə bilər”.

N.Suri “Azərbaycanın səsi” layihəsinin ən uğurlu simalarından olan Ayla Şiriyevanın yaradıcılığını yüksək qiymətləndirdiyini də dilə gətirib. Onu digər müğənnilər üçün ciddi rəqib olduğunu bildirib:

“Son 3 ildə izlədiyim yarışmaların ən unudulmaz iştirakçısı kimi Aylanı görürəm. Bu qızın səhnə davranışı, səsi, istedadı məni heyran edib. Hətta deyərdim ki, Ayla Azərbaycanı ciddi yarışmalarda təmsil edə bilər. Yarışmanın münsif üzvləri onu dəstəkləyir, Aylanın artıq hazır ifaçı olduğunu qeyd edir. Bu açıqlamamla mən sənətdə sözünü demiş həmkarlarıma səslənirəm. Ayla kimi gənclərə dəstək və kömək olaq. Məhz Ayla kimi gənclər gələcəkdə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm