Gözəllik yarışmasında yeni qalmaqal
Bizi izləyin

Tabloid.az

Gözəllik yarışmasında yeni qalmaqal

“Miss Globe International” Azərbaycan milli seçim turlarının qalibi Banu Şücai müsabiqədən uzaqlaşdırılıb.

“Miss Globe International” müsabiqəsinin Azərbaycan milli seçim turlarının qalibi Banu Şücai yarışmadan uzaqlaşdırılıb.

Bu haqda Tabloid.az-a müsabiqənin təşkilatçılarından biri “Z-Company” şirkətinin rəhbəri Zamiq Yunisov məlumat verib. O, bildirib ki, Banu əvvəl “Miss Globe International” gözəllik müsabiqəsinin təşkilatçısı olan “Merac Production” şirkəti və Nigar Məmmədova tərəfindən seçilib. Ona görə o, bu müsabiqədə iştirak edə bilməz.

Banunun yerinə artıq başqa xanım seçilib. Amma onun adı hələlik sirr saxlanılır.

Qeyd edək ki, müsabiqə avqustun 27-də “Baku Crystal Hall” da keçiriləcək. Yarışmada 120 ölkənin gözəli iştirak edəcək.

Yarışma 120 ölkənin 58 kanalında - Azərbaycan, türk, ingilis dilində canlı olaraq yayımlanacaq. Gecədə - Demet Akalın, Asena, Gökhan Özen, İnna, Lolita, Gürkan Uyqun kimi məşhurlar çıxış edəcəklər.

Aparıcı isə Burcu Əsmərsoy olacaq. Türkiyənin “Kanal D, “Star magazin”, “Show TV magazin”, “TV8 Magazin” verilişlərinin çəkiliş qrupu da paytaxta gələcək.

Qalibi seçmək üçün münsiflər heyətinin üzvlərinə İpad paylanılacaq və bununla onlar bəyəndiyi gözələ səs verə biləcəklər. Müsabiqənin direktorunun sözlərinə görə, səsvermədə tamaşaçıların da iştirak etməsi planlaşdırılır.

Qalibə İstanbul və ya Bodrumda mənzil və layihənin sponsorlarından müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, “Miss Globe International”a təqdim olunacaq tacın dəyəri 150 min dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm