• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Bu millətin seksual cahillik problemi var”

“Bu millətin seksual cahillik problemi var”

Bu dəfə “Ailə dostu” layihəsi çərçivəsində çox fərqli bir yazı oxuyacaqsınız. Tabloid.az qalmaqallı müsahibələri ilə məşhurlaşan türkiyəli jurnalist Ayşə Armanın iki məşhur qadınla sekslə bağlı etdiyi söhbətini təqdim edir.

Ayşə Arman Türkiyənin ən məşhur həkim-psixiatr və terapevt Arşaluys Kayır və ailə psixiatrı, terapevt Rana Şenlə söhbətləşib. Çox maraqlı olduğunu düşündüyümüz həmin müsahibəni olduğu kimi təqdim edirik:

Sekslə məşğul olmağı da, sekslə bağlı suallar verməyi də sevirəm. Sizin də məndən fərqli olmadığınızı bilirəm. Çoxlu məlumat əldə etdim.

Əvvəlcə pr. Arşaluys Kayırın qapısını döydüm. O, bu mövzuda 30 ildir ki, ölkəmizdə əfsanəyə çevrilib.

Hələ də insanlar onun adını eşidəndə hörmət əlaməti olaraq heç olmasa 5 saniyə susurlar. İstanbul Universiteti Tibb fakültəsindən pensiyaya çıxıb. Ancaq yenə də könüllü olaraq fakültədə cinsi problemləri müalicə etməyə və bu mövzuda dərs verməyə davam edir.

Digər mütəxəssisimiz isə psixoloq Rana Şendir. Ailə terapevtidir, çox maraqlı hekayələri var.

Təbii ki, bu iki qadının söhbətləri bir yazıya sığmadı. Digər günlərdə də yazmağa davam edəcəyəm. İndi isə başlayaq.

- Cinsi həyat deyəndə ilk öncə siz yada düşürsünüz. İllərdir insanları müalicə edirsiniz və məlumatlandırırsınız. Minlərlə insan sizə müraciət edib. Bu cəmiyyətin ən böyük cinsi problemi nədir?

- Cinsi cahillik. 30 il əvvəl də belə idi, indi də. Cinsi həyat haqqında məlumatsız olmaq, cahil qalmaq və başqalarının da bu mövzuda cahil qalmasına səbəb olmaq.

- Niyə belədir?

- Çünki cinsi baxımdan cahil qalmaq insanlar üçün əlverişlidir. Üzərilərinə məsuliyyət götürmək istəmirlər. Klinikaya gələnlərə suallar verirəm. Cavabları təqribən belədir: “Mən bilmirəm”, “eşitməmişəm, öyrənməmişəm, eləməmişəm”. İnsanın təhsilli olub olmamağının fərqi yoxdur. Elə bil kor və kardırlar. Heç nədən xəbərləri yoxdur.

- Bu vəziyyətlə üzləşəndə nə edirsiniz?

- Onları cinsi cahillikləri ilə üzləşdirirəm. Deyirəm ki, işinizlə bağlı hər detalı öyrənməyə can atırsınız, ancaq həyatınızın bir parçası olan cinsi həyatla bağlı mövzulara biganə qalırsınız. Bu necə olur?

- Onlar nə deyirlər?

- Cavab verə bilmirlər.

- Sizcə cinsi cahillik cəmiyyətin təzyiqinin nəticəsində yaranır?

- Əlbəttə! Hər şey cəmiyyətin ən kiçik modeli olan ailədən başlayır. Ailə tərbiyəsi deyirlər buna. Təəssüf ki, cəmiyyətdə o qədər idarə etmək istəyən şəxs var ki, ailə övladına sərbəstlik versə, bu dəfə də qohumlardan və ya məktəbdən kimsə təzyiq göstərəcək.

- Təzyiqlər niyə daha çox qadının üzərində cəmləşir?

- Çünki tarix boyu həmişə belə olub. Qadının ehtirası, arzusu təhlükəli qəbul edilib. Kişilər yataqda istəkli olan qadının idarə edilməsinin çətin olduğunu başa düşürlər.

- Qadın oyanmamalıdır?

- Eynilə. Eyni zamanda da oyandırılmamalıdır. O yuxulamağa davam etsin. Onda kişilərin işi daha asan olacaq. Ona görə də qız uşaqlarına “Hələ universiteti qurtar, sonra oğlan dostun olar”, - deyirlər. Bir dəfə oğlanla danışsa, dərslərini oxumaz deyə düşünürlər. Bu ölkədəki bir digər problem də cinsi həyatdan danışılmamasıdır. Kişi də, qadın da seks mövzularında söhbət etmirlər, birbaşa təcrübəyə keçirlər. Belə olanda qadın nə öz bədənini tanıya bilir, nə də qarşı tərəfinkini. Mənim işim onlara danışmağı öyrətməkdir.

- Onda özlərini ifadə edə bilirlər?

- Əlbəttə, gözləri açılır. Qulaqları eşitməyə, zehni işləməyə başlayır.

Cinsəlliklə bağlı zəkanı da işlətmək lazımdır. Bu ölkədə seksdən qorxduqları üçün insanların zehni ölüb. Baxırsan diribaş adamdır, amma cinsi həyatla bağlı sual verirsən dili tutulur.

- Bəs qadınlar öz bədənlərini tanıyırlarmı? Həzz nöqtələrini bilirlər?

- Mən həzz nöqtəsi ifadəsini sevmirəm. Həzz bölgələri deməyə üstünlük verirəm. Çünki kişiyə “həzz nöqtəsi” deyəndə təkcə o nöqtənin dərdinə düşür. Qadınlara gələndə isə təbii ki, çoxu bədənini və cinsiyyət orqanını tanımır. Bakirəliklərinin pozulacağından qorxduqları üçün bədənlərinə toxunmurlar. Masturbasiya ilə məşğul olmurlar. Belə bir şey yoxmuş kimi davranırlar. Biz də davamlı olaraq onlara “Özünüzü kəşf edin!” deyirik. Aynaya sadəcə “Bu paltarda necə görünürəm?” deyərək baxmayın, cinsiyyət orqanınıza da baxın, tanıyın!

Partnyorlu sekssizlik

- Elə bil ki, sekslə məşğul olmayanların sayı daha çoxdur.

- Hə. Bir “partnyorsuz sekssizlik” var. Yəni, partnyoru yoxdur, ona görə sevişə bilmir. Bir də “partnyorlu sekssizlik” var. Birlikdə yaşamaqdan vaz keçmirlər. Amma cinsi həyata maraqları azalıb. Ancaq bir-birlərini qorumağa, şəfqət göstərməyə davam edirlər. Ana, ata, qardaş, dost kimidirlər.

- Şəfqətin dozası artıq olarsa, nə olar?

-Şəhvət qaçar. Ona görə də çox şəfqətli olmamaq lazımdır.

- Bəs bu işlərin bir standartı var? Həftədə iki dəfə sevişmək normaldır?

- Hər cütlüyün özündən asılıdır. Biz ginekoloqlar kimi “Həftədə 2-3 dəfə sevişin!” demirik.

- Türkiyə vaginizm xəstəliyini sizinlə tanıdı...

- Hə, elə oldu. Çoxlu evli insanlar gəldi yanıma. İndi də subaylar vaginizm problem ilə mənə müraciət edirlər. Övlad sahibi olmasına baxmayaraq, vaginizmdən əziyyət çəkən qadınlar da var.

- O necə olur?

- Cinsi əlaqə olmadan, süni mayalanma yolu ilə övlad sahibi olurlar.

- Cəmiyyətimizdə “Atan eşitməsin!” , “Elə, amma eşidilməsin!” kimi ifadələr var. Onda nə baş verir?

- Hər şey olur, ancaq gizli şəkildə baş verir. Bu ikiüzlülükdür. İkiüzlü bir cəmiyyət olduğumuz üçün də cinsəlliyin gizliliyi təbliğ olunur.

- Həyatı boyu orqazm olmayan qadın var? Belə bir şey mümkündür?

- Cinsi əlaqə zamanı orqazm ola bilməyənlər var.

- Vaginal orqazm olmur yəni?

- “Masters and Johnson”dan sonra çox şey dəyişilib. Onlar həm vaginal, həm də klitoral orqazmdan bəhs edirdilər. Biz də müalicələri 70-ci illərdən bu baxış bucağı ilə elədik. Ancaq indi laboratoriyalarda aparılan araşdırmalar orqazmın klitorla bağlı olduğu aşkarlanıb. Klitor təkan verir, vaginada hiss edilir.

- Yəni orqazm işlərinə “başkan” klitor baxır?

- Səhv başa düşülməsin, klitor həzz mərkəzi deyil, orqazm mərkəzidir.

- Bəs həzz mərkəzi haradadır?

- Zehində. Orqazm “duyğu zirvəsi” deməkdir. Həzz almaq fərqlidir. Toxunmaq, öpüşmək, sığallamaq, sevişmək, əylənmək, gözəl vaxt keçirmək – bunlar həzz almaqla bağlıdır.

Orqazm isə çox qısa vaxt kəsiyində, tək başına yaşanılan hissdir.

- Masturbasiya faydalıdır?

- Əlbəttə. Yemək yemək kimidir. Əsas ehtiyaclardan biridir. Tövsiyə edirik.

- Gənc qızlar cinsi həyatla bağlı nə qədər məlumatsız olsalar, o qədər çox tərif edilirlər. Elə bil ki, yaxşı şeydir...

- Bir də yekə arvadlar var “Mən nə görmüşəmsə, ərimdə görmüşəm”, deyirlər. Bunu 60-70 il öncəki qadınlar deyə bilər, amma indikilər deməsin. Seks mövzusunda cahil qalmasınlar.

- Bu mövzu ilə bağlı başqa hansı problemlər var?

- Cəmiyyətimiz seksi həmişə təxirə salır. Sabaha, gələcək tarixlərə təyin edirlər. Bu kədərli haldır. Böyüyəndə, evlənəndə… Bakirəliyimə heç nə olmasın, əlimə kişi əli dəyməsin, adım çıxmasın deyə yaşayanlar var. Təxirə salmaq o qədər ruhumuza təsir edib ki, qadınlar var, aybaşı olur sevişmir, başı ağrıyır sevişmir, hamiləliyin ilk aylarında sevişmirlər. Bəzən həkimlər də insanları səhv məlumatlandırırlar. Sevişmək cinsi əlaqə demək deyil ki, bir-birinizə toxunun, öpün. Cinsiyyət orqanlarınızı fəaliyyətə keçirməsəniz də olar. Amma həmişə təmasda olun.

Yaxşı ki, artıq tibb fakültələrində cinsəlliklə bağlı daha çox dərs verilir.

- Qadınlara sekslə bağlı hər şeyin qadağan və günah olması, gənc qızların “Özünü saxla, özünü qoru, səni kirlətməyə icazə vermə, istifadə etməklərinə şərait yaratma, oranı açma, buranı ört, düzgün otur” kimi təlimatlarla böyüdülməsi hansı problemlərə səbəb olur?

- Peşmanlığa, sağlam olmayan cinsi həyata gətirib çıxarır.

Tərbiyə, əxlaq, ədəb kimi qavrayışlar insanın özünü sərbəst və rahat hiss etməməsinə səbəb olur. Halbuki sevişməkdən zövq almaq üçün rahat olmaq lazımdır. Məsələn, evli xəstələrimdən bir çoxu deyir ki, “atam bilsə ki, indi bir adamla eyni yataqdayam, məni öldürər”. Fikirləşin ki, bu qadın evlidir və yataqdakı adam da əridir, ancaq qadağalar beyninə o qədər təsir edib ki, öz əri ilə eyni yatağa girmək belə özünü günahkar hiss etməsinə səbəb olur.

- 80-ci illərlə müqayisə etdikdə, indi qadınların bu mövzulara baxışı baxımından elə bil ki daha da geriyə getmişik.

- Həm irəli, həm də geri getdik.

- Necə, yəni?

- Böyük bir nizamsızlıq var. Televiziya, saytlar 80-ci illərlə müqayisə edilməyəcək qədər inkişaf edib. Yəni istədikləri mövzunu qabarda bilirlər. Amma cəmiyyətimiz adət-ənənələri qorumağa meyillidir. Ona görə də mühafizəkarlıq da sürətlə artır. Bəzən dozası artıq olur.

- Elə bil ki, adət-ənənələrə uyğun böyüdülənlər cinsi həyat mövzularında cahil olurlar.

- Müasir düşüncə ilə tərbiyə edilən uşaqlar gələcəkdə də özlərini daha çox inkişaf etdirə bilirlər. Ailələr uşaqlarının inkişaf etməsini istəyirlər. Yaxşı böyüsün, oxusun. Amma cinsəl mövzularda cahil qalsın. Valideynlər fikirləşirlər ki, bir gün hər şeyi kəşf edəcəklər və xoşbəxt olacaqlar. Amma elə olmur. İnsanlarda travma şəklində qalır. Həmişə sekslə bağlı problem yaşamalı olurlar. Türkiyə seks baxımından bədbəxt insanlar ölkəsidir.

- Bəzi qadınlar orqazm olmur, amma sanki o hissi yaşayırmış kimi, kişini aldadırlar. Bu pis bir şeydir?

- Kitablarda “Təqlid pis bir şey deyil, təqlid etsəniz, bir gün doğrurdan da o hissi yaşaya bilərsiniz”, deyə yazılıb.

- Eşq, sevgi olmasa, seks dayaz qalmağa məhkumdur?

- Eşq dolu cinsi həyat daha qiymətlidir. Təbii ki, eşq önəmldiir. Sevdiyin insan sənə toxunmasa da orqazm ola bilərsən. Çünki beynində fantaziyalar qurarsan, onun “səni sevirəm”ləri, “səni istəyirəm”ləri həzz verər. Ancaq seks eşq olmadan da baş tuta bilər. Bunu da unutmaq olmaz. Əsas insanın xoşbəxt hiss etməyidir.

- Kişinin nə qədər vaxta qurtarması erkən boşalma sayıla bilər?

- Bir-iki dəqiqə arasında olarsa. Bəzilərində hətta cinsi əlaqdən öncə baş verir. “Uşağımız olmur” deyə gəlirlər. Bəzən qadınlar kişilərin problemlərini gizlədirlər. Bir də gec qurtarma problem var. Bu problemlə üzləşən kişilər də vaginizm xəstəsi qadınlar kimidirlər. Masturbasiya zamanı orqazm ola bilirlər, ancaq bir qadınla əlaqə zamanı bunu yaşaya bilmirlər.

Rana Şenlə söhbət:

- Hansı kişilər daha yaxşı sevişirlər?

- Ağ yaxalılar sevişirlər, mavi yaxalılar isə birbaşa seksə keçirlər. Mavi yaxalılarda mum işığında yemək yemək, öpüşmək, ön sevişmə olmur. Gecədə bir neçə dəfə cinsi əlaqə baş tutur. Bədənləri ilə işlədikləri üçün əzələləri möhkəmdir və yataqda bu öz təsirini göstərir. Amma ağ yaxalılar daha çox beyinləri ilə işlədikləri üçün depressiyaya girirlər, siqaret və depressiyaya qarşı dərmanlardan istifadə edirlər. Bu isə yataqdakı performansa mənfi təsir edir. Məncə qayda belədir: yuxarısı nə qədər çox işləyirsə, aşağısı o qədər az işləyir.

- Qadınlar və kişilər əvvəlki illərdən fərqlənirlər?

- Hə. Məsələn, əvvəllər kişilər kənarda qadın saxlayırdılar. O qadın üçün ev tutulurdu, ikinci qadın kimi baxılırdı. Ancaq indi hər şey dəyişilib. O qadınların yerini bir gecəlik qadınlar alıb. Qadınlar da kişiləşiblər. “Ərim edirsə, mən də edərəm, gecə 2-də bardan kişi ilə gələrəm”, deyirlər. Qadınlar zərifliklərini itiriblər.

- Bir də qadınlara xidmət edən kişilər var...

- Artıq heç kim münasibətin məsuliyyətini götürmək istəmir. Mənim bir işçim var idi, yatacağı qızların siyahısını hazırlayırdı. Siyahıda 25 nəfər olurdu. Daha sonra yatıb, bəyəndiyi qızları yeni siyahıya əlavə edirdi, bəyənmədikləri siyahıdan silirdi.

İdman zalında tanış olduğu qız deyirdi ki, “N olar bu gecə səninlə nəsə eləyək!”, bankda tanış olduğu qız deyirdi ki, “gəl”. O da gedirdi. Mən ona bir gün dedim ki, sən fahişəsən. Kişi fahişəsi. Bədəninin hər gecə başqa qadına təqdim edirsən. Özünü təmin etdiyini sanırsan, amma əslində onlar səni seçirlər və səndən istifadə edirlər.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR