Rəngarəng kələm salatı
Bizi izləyin

Tabloid.az

Rəngarəng kələm salatı

Sağlamlıq üçün faydalı salat

Bildiyiniz kimi, kələm sağlamlıq üçün çox faydalıdır. Yeməklərdə istifadə etməklə yanaşı bu tərəvəzdən tez-tez salat da hazırlamaq lazımdır. Çünki tərəvəzlər bişirilərkən qida dəyərlərini itirirlər.

Sizin üçün ən dadlı kələm salatının reseptini əldə etmişik:

Tərkibi:

150 qram ağ kələm

150 qram qırmızı kələm

2 ədəd kök

3 ədəd göy soğan

2 qaşıq mayonez

yarım qaşıq xardal

1 yemək qaşığı alma sirkəsi

duz, istiot,

Hazırlanması:

Kələmləri yaxşıca yuyun. Suyu süzüldükdən sonra uzun, amma ensiz şəkildə doğrayın. Kökləri rəndədən keçirin. Daha sonra göy soğanı xırda-xırda doğrayın. Böyük bir qabda hamısını qarışdırın. Mayonezi, sirkəni, xardalı duz və istiotu əlavə edin. Bu qarışımı salata əlavə edib yaxşıca qarışdırın. Salatınız hazırdır.

Nuş olsun!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm