İdmana yeni başlayanlar nəyi bilməlidirlər?
Bizi izləyin

Tabloid.az

İdmana yeni başlayanlar nəyi bilməlidirlər?

İdmana yeni başlayanların isinmə hərəkətləri etməsi vacibdir. Çünki idman edəndə boyun və bel ağrıları yarana bilər. İsinmə həkətləri pataloji xəstəliklərin, bel yırtıqlarının və ağrıların yaranmasının qarşısını alır.

Bel və boyun ağrısı ilə xəstəxanaya müraciət edən 10 xəstədən birində əzələ ağrısı olur. Onurğanın dözmə gücü insana görə dəyişkən olduğu üçün bu güc fərqi boyun-bel nahiyəsində patoloji xəstəliklərə, bel yırtığı kimi ciddi problemlər yaradır. Odur ki, idmandan əvvəl mütləq isinmə hərəkətləri etmək lazımdır.

İki cür isinmə hərəkəti var:

1. Ağır idman məşqlərinə başlamadan 1 ay əvvəl yüngül idman məşqləri və isinmə hərəkətləri zəruridir.

2. İdmana başlamadan 15-30 dəqiqə əvvəl isinmə hərəkətləri etmək vacibdir.

Ağrı olduğu zaman idman etmək çətinləşir. Bu zaman ağrının keçəcəyini düşünüb bədəni həddindən artıq yükləmək düzgün deyil. Bu vəziyyət qırıqlar, yırtıqlar və oynaq problemləri meydana gətirər. Bunun üçün ağrı yarandıqda idman məşqlərinə fasilə vermək, bədəni və əzələləri dincəltmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm