• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycan gözəli müsabiqədən danışdı - Fotolar

Azərbaycan gözəli müsabiqədən danışdı - Fotolar

“Miss Globe International” müsabiqəsi ətrafında qalmaqal böyüyür.

Tabloid.az xəbər verir ki, milli seçim turunun qalibi Banu Şücai müsabiqədən uzaqlaşdırılması ilə bağlı danışıb. O, bu haqda özünün “Facebook” profilində yazıb:

“Bir neçə gün öncə mənə “Miss Globe International” gözəllik yarışmasından uzaqlaşdırılmağımla bağlı məlumat verildi. Müsabiqənin hazırkı təşkilatçısı “Z-Company” şirkətinin rəhbəri Zamiq Yunisov dedi ki, daha öncə müsabiqənin təşkilati işləri ilə məşğul olan “Merac Production” şirkəti və Nigar Məmmədova tərəfindən seçildiyimə görə yarışmada iştirak edə bilmərəm. Onun dediyinə görə, bu halda “Merac Production”-un müəllif hüquqları pozulmuş olur. “Z-Company” şirkəti bu layihəni bir aydan artıqdır öhdəliyinə götürüb. Lakin bu yalançı problem haqda mənə 5 gündür ki, məlumat verilib. Şirkətin icraçı direktoru olan Pərviz Əzimzadə bildirdi ki, mənim yerimə başqa bir xanım seçilib və adı sirr olaraq saxlanılır.

Qeyd edim ki, mən “Miss Global Azərbaycan” adına 25.05.2014-cü il tarixində layiq görülmüşəm və “Miss Global International” gözəllik müsabiqəsinin sahibi olan Rasim Aydın tərəfindən sertifikat ilə təltif olunmuşam. Bu sertifikat “Miss Global Azərbaycan” titulunun tək sahibinin mən Banu Şücai olduğumun ən əsas sübutudur”.

Qeyd edək ki, sözügedən müsabiqə avqustun 27-də “Baku Crystal Hall” da keçiriləcək. Yarışmada 120 ölkənin gözəli iştirak edəcək.

Yarışma 120 ölkənin 58 kanalında - Azərbaycan, türk, ingilis dilində canlı olaraq yayımlanacaq. Gecədə - Demet Akalın, Asena, Gökhan Özen, İnna, Lolita, Gürkan Uyqun kimi məşhurlar çıxış edəcəklər.

Aparıcı isə Burcu Əsmərsoy olacaq. Türkiyənin “Kanal D, “Star magazin”, “Show TV magazin”, “TV8 Magazin” verilişlərinin çəkiliş qrupu da paytaxta gələcək.

Qalibi seçmək üçün münsiflər heyətinin üzvlərinə İpad paylanılacaq və bununla onlar bəyəndiyi gözələ səs verə biləcəklər. Müsabiqənin direktorunun sözlərinə görə, səsvermədə tamaşaçıların da iştirak etməsi planlaşdırılır.

Qalibə İstanbul və ya Bodrumda mənzil və layihənin sponsorlarından müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, “Miss Globe International”a təqdim olunacaq tacın dəyəri 150 min dollardır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR