Azərbaycan mahnısı oxuyan amerikalı müğənni yenidən Bakıya gəlir
Bizi izləyin

Tabloid.az

Azərbaycan mahnısı oxuyan amerikalı müğənni yenidən Bakıya gəlir

Dünya şöhrətli caz ifaçısı Meri MakBrayd Bakıda konsert verəcək.

Dünya şöhrətli caz ifaçısı Mary MkBride Bakıda konsert verəcək.

Tabloid.az xəbər verir ki, o, sentyabrın 19-da musiqi qrupunun müşayiəti ilə alış-veriş mərkəzlərindən birində konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Meri MakBrayd rəhbərlik etdiyi qrupla Azərbaycanda bu ilin martında Bakı Caz Mərkəzində çıxış edib. Konsert zamanı diqqət çəkən məqam Meri MakBraydın Abbas Əhmədin mahnısı “Ürəyim yanar”ı ifa etməsi olub.

Meri MakBrayd “Donqar dağlar” filmində səslənən “No One’s Gonna Love You like Me” mahnısının müəllifidir. O, ABŞ və Avropada 500-dən artıq konsert proqramı ilə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm