Ağciyərləri təmizləyən qidalar
Bizi izləyin

Tabloid.az

Ağciyərləri təmizləyən qidalar

Bu 5 qidadan bol-bol istifadə etməklə sağlam ağciyərlərə sahib ola bilərsiniz

Çirkli hava, siqaret və digər səbəblərdən ağciyərlər xəstələnir və insan sağlamlığı üçün risk yaradır. Əslində isə ağciyərləri qorumaq elə də çətin deyil. Əlbəttə ilk növbədə siqareti tərgitmək lazımdır. Sonra isə aşağıdakı 5 qidadan bol-bol istifadə etməklə sağlam ağciyərlərə sahib ola bilərsiniz.

Zəncəfil: Çox güclü bir antioksidant olan zəncəfil, ağciyərləri təmizləyir. Müxtəlif toksinləri ağciyərlərdən atır. Zəncəfilin çayını içmək olar. Onu çiy olaraq da yeyə bilərsiniz.

Sarımsaq: Bir çox dərdin dərmanı olan sarımsaq güclü bir antioksidandır. Tərkibindəki maddələr ağciyərləri təmizləyir.

Evkalipt: Bu bitkinin tərkibində təbii yağlar olduğundan çox qiymətlidir. Təbii antibiotik olan evkalipt tərkibindəki uçucu yağlar sayəsində ağciyər infeksiyalarına yaxşı təsir göstərir, qan təzyiqini artıraraq qanın çoxalmasını təmin edir. Öskürək dərmanlarında, boğaz pastillərində bu kimyəvi yağdan istifadə edilir. Təzə evkalipt çayı bronxit və sinüzitə yaxşı təsir göstərir.

Keçibuynuzu: Xüsusilə siqaret çəkənlər bu bitkini yanlarından ayırmamalıdırlar. Çünki ağciyər üçün əsl şəfa qaynağı olan bu bitki sayəsində siqaretin mənfi təsirləri orqanlardan daha tez təmizlənir. 5 ədəd keçibuynuzunu 1 litr suda qaynadıb ac qarına içmək lazımdır.

Əməköməci: Qaynar suda 1 bağlama əməköməci qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir. Bu siqaretin ağciyərlərə təsirini aradan qaldırır. Bu bitki həm də bəlğəm və ağciyər xərçənginə mane olur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm