Röya: "Bu sizinlə son görüşümüzdür"
Bizi izləyin

Tabloid.az

Röya: "Bu sizinlə son görüşümüzdür"

Röya daha sosial şəbəkələrdə şəkillərini paylaşmayacaq

Sevilən müğənni Röya küsüb.

Tabloid.az xəbər verir ki, buna səbəb “İnstagram” izləyicilərinin onun bloqunda dəfələrlə bir-biri ilə söz davasına çıxması olub.

Bundan pis olan Röya yeni qərar verib. O, bir daha sosial şəbəkədə şəkil paylaşmayacağını bildirib. Bu haqda “İnstaqram” bloqunda yazıb:

“Daha foto paylaşmayacağam. Çünki davalarınız məni küsdürdü. Bir-birinizə dediyiniz sözlər daha da... Fotonu isə qısqandılar deyə pozdum, deyilənlərə görə yox. Bu sizinlə son görüşümüzdür”.

Güman ki, müğənninin paylaşdığı hansısa şəkil izləyiciləri arasında söz qalmaqalına səbəb olub. Bunu görən Röya isə şəkli silmək qərarına gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm