• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Birinci xanımların ən sevimli aksessuarları - Fotolar

Birinci xanımların ən sevimli aksessuarları - Fotolar

Modanın nostalji qutusunda bu mövsüm broşlar da özünə yer edib. Geyimə yenilik vermək üçün bir toxunuş bəs edir. Broşlar isə bu işi çox gözəl bacarır.

Gənc xanımlar analarının qutularını qurdalamağa başlaya bilər. Çox güman ki, oradan sizə uyğun olan möhtəşəm bir bəzək əşyası tapa biləcəksiniz. Xüsusən də 60 və 70-ci illərdə hazırlanan broşlar çox eleqant və zərif modellərdir. O illərin modelyerlərinin əl işlərini yaxanıza taxaraq mövsümün ən zövqlü xanımına çevrilə bilərsiniz.

Broşların sadəcə yaxaya və pencəklərə taxıldığını zənn edirsinizsə, çox yanılırsınız. Broşu papağa, şapkaya, mantoya, şərfə və geyimlərin üstünə ilişdirə bilərsiniz. Broşu ən ağla gəlməz yerlərə taxaraq cazibədarlığınızı birə on artırmış olarsınız. Məsələn, kürək və sinə dekoltesinə, saçlara taxmaq olar.

Bəs broşdan necə istifadə edilir?

Gündəlik geyimlərlə broşlar adətən köynəyin, donların, şalların və pencəyin üstünə taxılır.

Sadə bir ziyafət paltarını broşla tamamilə başqa formaya sala və eleqantlıq bəxş etmiş olarsınız. Broşu hara taxmaq isə paltarin modelindən asılıdır. Kürəyə, sinə hissəsinə, çiynin aşağısına ilişdirə bilərsiniz.

Daha seksual və maraqlı bir şey arzulayırsınızsa, broşu saça taxa bilərsiniz. Daha orijinal bir şey fikirləşirsinizsə, saç bantlarının üstünə də əlavə edə bilərsiniz.

Çantaya, pulqabıya, ayaqqabılara da broş taxa bilərsiniz. Niyə təəccüblənirsiniz? Axı 2014-ün dəbini siz özünüz diktə etməlisiniz. Həm də dəb qanunlarına əməl etmək mütləq deyil. Xüsusən də çantanı ziyafət gecələrində istifadə etmək üçün bu üsulundan istifadə edə bilərsiniz.

Boyunbağı və qolbaqlarda broşları istifadə etməyin daha bir yolu da onları boyunbağı və qolbaq şəklində istifadə etməkdir. Broşu medalyon kimi düşünüb hər hansı zəncirə keçirə bilər, ya da boyunbağının daha göstərişli dayanması üçün üstünə taxa bilərsiniz.

Hətta kəmərlər də broşlarla bəzədilir. Xüsusən də bant formasında olan kəmərlərə çox yaraşır.

Birinci xanımların sevimli aksessuarı

Geyim-keçim, ya da modaya həddindən artıq düşkün olmayan xanımlar üçün broş lazımsız, ya da şit bəzək əşyası hesab olunur. Nədənsə yaşlı xanımlara məxsus olduğu düşünüldüyü bu gözəl aksessuar çox zaman moda haqqında heç bir məlumatı olmayan xanımlar tərəfindən artıq və lazımsız aksessuar kimi qəbul edilir. Əslində, broş xanımın yaradıcılıq qabiliyyətini və daxilindəki zövqü büruzə verir. Bundan sonra bütün obrazınızı və tərzinizi dəyişdirə bilərsiniz. Əks halda dünyanın birinci xanımları broşlardan gen-bol istifadə etməz və geyimlərini onlarla bəzəməzdilər. Broşdan ən çox istifadə edən isə ABŞ-ın birinci xanımı Mişel Obmadır. Mişel Obama gördüyü işlərdən əlavə, geyimləri ilə də müzakirə mövzusu olur. Fərqli geyimlərin üzərindəki broşlar isə hər zaman diqqət çəkir. Bəzən tək rəng paltosunun, bəzən isə sadə paltarın yaxasına taxdığı broşla xanım-xatınlığını üzə çıxarır. Sadə, zərif və qadınlığını ön plana çıxaran incə imicini broşlar sayəsində əldə edir.

Мишель Обама выбирает крупные броши-цветы к лаконичным платьям

Вечерние броши, Мишель Обама

Круглые броши в стиле Мишель Обама

Broş dedikdə ağla ilk olaraq “Osacr De La Renta” gəlir. Bu markanın dizayneri 60-ci illəri xatırladan saç bantlarında belə broşlar istifadə edir. Nisbətən sadə kolleksiya ilə alıcıların qarşısına çıxan De La Renta geyimlərinə broşlarla gözəllik qazandırır. “Chanel”, “Dior” və başqa moda evləri bu mövsüm pencəklərin yaxalarında broşlar da təqdim ediblər.

İngiltərə kraliçası Keyt Middleton da broşlara laqeyd yanaşmır. Broşlar qədim zamanlardan saray xanımlarının əvəzolunmaz bəzək əşyası olub. Sadəliyə üstünlük verən kraliça yaxasını adətən zərif və yarpaq formasında broşla bəzəyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR