Kim Kardaşyan şəffaf geyimdə - Fotolar
Bizi izləyin

Tabloid.az

Kim Kardaşyan şəffaf geyimdə - Fotolar

Gecəyə həyat yoldaşı Kenya Uest ilə gəldi

"Keeping Up with the Kardashian's" adlı realiti-şounun ulduzu Kim Kardaşyan “GQ” jurnalı tərəfindən “İlin qadını” seçilib. Gecəyə həyat yoldaşı reper Kenya Uest ilə birlikdə gələn Kim Kardaşyan geyimi ilə diqqət çəkib. Qara rəngli büstqalteri xatırladan üst geyimi ilə sinəsini nümayiş etdirən ulduz bununla da kifayətlənməyib. Şəffaf yüksək belli ətəyi ilə bütün bədənini nümayiş etdirən Kim demək olar ki, ilk dəfə öz geyim stilindən uzaqlaşıb.

Libası Kimi olduğundan daha kök göstərsə də, ulduz gözəlliyindən şübhə etmədiyini fotokameralara verdiyi pozalarla sübut edib.

Qeyd edək ki, Kenya Uest gecədə bir an olsun həyat yoldaşının əlini buraxmayıb. Kim şəkil çəkdirərkən onun ətəyini düzəldən və yeriməsinə kömək edən reperin qayğıkeşliyi paparassilərin nəzərindən yayınmayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm