Kişiləri həyəcanlandırmağın yolları hansılardır?
Bizi izləyin

Tabloid.az

Kişiləri həyəcanlandırmağın yolları hansılardır?

Qadınlar şüurlu və məqsədli şəkildə kişilərə təsir etməyə və onların xoşuna gəlməyə çalışır. Xüsusən də sevdiyi və bəyəndiyi kişinin diqqətini çəkmək əlindən gələni edir.

Qadınlar şüurlu və məqsədli şəkildə kişilərə təsir etməyə və onların xoşuna gəlməyə çalışır. Xüsusən də sevdiyi və bəyəndiyi kişinin diqqətini çəkmək əlindən gələni edir. Hətta özünü cərrah bıçağına “qurban” verməyə hazır olur. Lakin bunlara çox vaxt ehtiyac olmur. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadınlar istəmədən də təbii halları ilə əks cinsin nümayəndələrinə xoş təsir buraxıb onları həyancanlandıra bilir.

Dərinin təbii qoxusu gigiyenik qaydaların pozulması demək deyil. Təmizliyi qorumaq şərti ilə bədənə heç bir əlavə qoxu və krem vurmayın. Çünki bədənin təbii qoxusu kişilər üçün çox vacibdir. Bədəndən yayılan tər qoxusu sevişmə zamanı kişilərin ağlını başından alır.

Cəsarətli olun. İnsanların gözünün içinə baxın. Kişilər gözlərinin içinə baxaraq danışan, doğru bildiyini deməkdən çəkinməyən cəsarətli qadınlara heyran olur. Ən əsası sizin haqqınızı tapdalamaqdan və sizin qəlbinizə toxunan hər hansı hərəkət etməkdən çəkinəcək.

Kosmetikasız çirkin göründüyü qorxusu ilə səhər tezdən durub makiyaj edən qadınlar var. Kişilər makiyajlı və baxımlı qadınları sevsə də, səhər tezdən təbii görüntüyə önəm verir. Çünki qadınlar səhər daha məsum və sevimli görünür. Kişilər qadınların səhərki halına heyrandır.

Əsəbi hal ona deyil, başqa bir səbəbdən dolayı əsəbiləşdiyiniz zaman xarakteriniz üzə çıxır. Kişilər özünü müdafiə edərkən əsəbiləşən qadınların cazibədar olduğunu düşünürlər. Belə ki, əsəbilik kişilərdə afrodizyak təsiri yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm