Gözlərinizi kompüterdən bu yolla qoruyun!
Bizi izləyin

Tabloid.az

Gözlərinizi kompüterdən bu yolla qoruyun!

Müasir həyat tərzi milyonlarla insanı saatlarla kompüterdə qarşısında oturmağa məcbur edir. Bunun sağlamlığa mənfi təsir etdiyini bilirik. Ancaq belə hallarda ən böyük zərbəni gözlər alır. Gözlərdə yorğunluq, qızartı, sulanma, quruluq, görmənin zəifləməsi

Müasir həyat tərzi milyonlarla insanı saatlarla kompüterdə qarşısında oturmağa məcbur edir. Bunun sağlamlığa mənfi təsir etdiyini bilirik. Ancaq belə hallarda ən böyük zərbəni gözlər alır. Gözlərdə yorğunluq, qızartı, sulanma, quruluq, görmənin zəifləməsi kimi hallar müşahidə olunur.

Lakin məsləhətlərimizə əməl etsəniz, bu problemlərin hamısından xilas ola bilərsiniz.

Gün ərzində bir neçə dəfə, (kompüter arxasında çox işləyirsinizsə, onda hər saatda 1 dəfə) 3-5 dəqiqəlik fasilə vermək və aşağıdakı yoqa gimnastikasını etmək lazımdır:

Gözlərinizi geniş açın. Göz bəbəklərinizlə maksimum yuxarı baxın. Belə vəziyyətdə 1 saniyə qalın.

Sonra bacardığınız qədər sağa baxın -1 saniyə.

Daha sonra aşağı baxın - 1 saniyə.

Ən sonda sola baxın - 1 saniyə.

Bu məşqi 10 dəfə saat əqrəbi istiqamətində və 10 dəfə də əksinə yerinə yetirin. Məşq zamanı gözünüzdə ağrı və ya gərginlik hiss etməyiniz normaldır. Belə halla üzləşdikdə narahat olmayın. Bu göz əzələlərini işə saldığınızın işarəsidir. Bu hərəkətləri hər gün tətbiq etsəniz. Gözünüz dincələcək və görmə qabiliyyətiniz yaxşılaşacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm