Banu Şücaini bu qız əvəz edəcək- Fotolar
Bizi izləyin

Tabloid.az

Banu Şücaini bu qız əvəz edəcək- Fotolar

Azərbaycanı “Miss Globe İnternational” beynəlxalq gözəllik müsabiqəsində təmsil edəcək modelin adı açıqlanıb.

Azərbaycanı “Miss Globe İnternational” beynəlxalq gözəllik müsabiqəsində təmsil edəcək modelin adı açıqlanıb.

Bu haqda məlumatı Tabloid.az saytına yarışmanın təşkilatçısı, “Z-Company” şirkətinin rəhbəri Zamiq Yunisov verib. Bununla bağlı geniş açıqlamadan boyun qaçıran təşkilatçı Banu Şücainin yarışmadan hansı səbəblərə görə uzaqlaşdırılması məsələsinə cavab verməkdən imtina edib. O, bildirib ki, bir neçə gündən sonra yeni təmsilçi ilə bağlı mətbuat konfransı keçiriləcək. Bütün suallara isə məhz konfrans zamanı cavab veriləcək.

O, əlavə edib ki, müsabiqədə ölkəmizi Riqada keçirilən “Miss Top of the World-2013” beynəlxalq model müsabiqəsində ikinci yeri qazanan Oksana Rzayeva təmsil edəcək.

Xatırladaq ki, ötən gün Banu Şücai şəxsi “Facebook” profilində naməlum şəkildə yarışmadan uzaqlaşdırılması ilə bağlı status yazmışdı. Yarışmadan “Z-Company” şirkətinin rəhbəri Zamiq Yunisov tərəfindən uzaqlaşdırldığını bildirmişdi.

Qeyd edək ki, sözügedən müsabiqə sentyabrın 14-də “Baku Crystal Hall” da keçiriləcək. Yarışmada 120 ölkənin gözəli iştirak edəcək.

“Qafqazinfo” müsabiqədə Azərbaycanı təmsil edəcək Oksana Rzayevanın fotolarını yayımlayıb. Həmin şəkilləri təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm