İnqrid Azərbaycan dilində mahnı oxuyacaq
Bizi izləyin

Tabloid.az

İnqrid Azərbaycan dilində mahnı oxuyacaq

Tanınmış italyan müğənnisi İnqrid Alberini Azərbaycan dilində mahnı oxuyacaq.

Tanınmış italyan müğənnisi İnqrid Alberini Azərbaycan dilində mahnı oxuyacaq.

Tabloid.az xəbər verir ki, o, Bakıda polo üzrə II Dünya kuboku çərçivəsində keçiriləcək konsertdə səhnəyə çıxacaq.

İfaçı “Qolos Ukrayna” musiqi yarışmasında səsi ilə münsifləri heyran qoyan Vaqif Nağıyevlə birgə oxuyacaq. Onların birgə oxuyacağı mahnı “Ümid yağışı” adlanır. Onların çıxışı sentyabrın 6-da olacaq.

Məlumat üçün bildirək ki, sentyabrın 5-dən 7-dək Bakıda polo üzrə II Dünya kuboku keçiriləcək. “Binə Atçılıq Mərkəzi”nin Polo Arenasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, Argentina, ABŞ və Avropa olmaq üzrə dörd peşəkar komanda qüvvəsini sınayacaq.

Yarışın birinci günü diskoteka keçiriləcək.

Sentyabrın 6-da isə dünyaca məşhur İnqrid və “I Love İtaly” qruplarının konsert proqramı təşkil olunacaq.

“Ümid yağışı” mahnısının sözləri Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjemanı isə Yaşar Baxışa aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm