• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu gün Bəhram Bağırzadənin doğum günüdür – Foto, Video

Bu gün Bəhram Bağırzadənin doğum günüdür – Foto, Video

Bu gün aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının, həmçinin Kinematoqrafçılar Birliyinin, Karikaturaçılar Birliyinin və Rəssamlar Birliyinin üzvü Bəhram Bağırzadənin doğum günüdür.

Tabloid.az xəbər verir ki, Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda, ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin təhsil ocağını bitirib. İxtisası teatr rejissorudur.

1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkib və “Kirpi” satirik jurnalında çap olunub.

Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalereya” jurnalının naşiridir. B.Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunun yarışlarında və “Bakılı Oğlanlar” komandasında çıxışları olub.

Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında “Humay” milli mükafatına layiq görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR