Toy şəkillərini 2 milyon dollara satdılar - Fotolar
Bizi izləyin

Tabloid.az

Toy şəkillərini 2 milyon dollara satdılar - Fotolar

Bu yaxınlarda Fransada ailə quran məşhur Ancelina Coli-Bred Pitt cütlüyü toy şəkillərini satıblar

Bildiyiniz kimi, bu yaxınlarda Fransada gizlicə ailə quran dünyaca məşhur Ancelina Coli-Bred Pitt cütlüyünün fotolarını çəkmək paparassilərə nəsib olmayıb.

Cütlük hamının marağına səbəb olan şəkilləri 2 milyon dollara satıblar. İki ulduz bunu xeyriyyə məqsədilə həyata keçirib. Belə ki, onlar əldə olunan pulu xeyriyyə fonduna köçürüblər.

Daha öncə də 2008-ci ildə Coli əkizlərinin ilk fotolarını “People” jurnalına 14 milyon dollara satmışdı. Məşhur cütlüyün qızları Şilanın şəkilləri üçün eyni jurnal 4 milyon verməli olmuşdu.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm