• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Nurəddin Mehdixanlı: “Ayıb olsun, milli mentalitet hanı bəs? – Video

Nurəddin Mehdixanlı: “Ayıb olsun, milli mentalitet hanı bəs?  – Video

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı ətrafında böyük qalmaqal yaşanan “İlahi məxluq” filmi haqqında danışıb.

Tabloid.az xəbər verir ki, Teleqraf.com-un “Brifinq” layihəsində qonaq olan sevilən aktyor filmdəki roluna görə edilən müzakirələrə şərh verərkən deyib ki, azərbaycanlı tamaşaçılar bu tip səhnələrə hələ hazır deyil:

“Mən rolun deyil, filmin müzakirəsini qəbul edə bilərəm. Hər bir tamaşaçıya ayrı-ayrılıqda filmin çəkilmə texnikasını, montajını izah etmək məcburiyyətində deyiləm. Hətta bunu izah etmək məcburiyyətində qalıramsa belə, o zaman düşünürəm ki, axı kimlər üçün işləyirəm?! Mənim tamaşaçım baxıb, deyirsə ki, ay, bunlar gör nəyi çəkiblər, aktyor nəyə çəkilib? Ayıb olsun, milli mentalitet hanı bəs? Deməli bu adamın kino haqqında anlayışı yoxdur. Onlara necə başa salım ki, o cür səhnələr, onların anladığı şəkildə, onların xəstə beyinlərinin başa düşdüyü şəkildə çəkilmir. Filmin həmin səhnəsində Vəfa xanım ayrı çəkilib. Mən ancaq həmin məkana girdiyim ana qədər oradayam. Uşaq da ayrı çəkilib. Qalan proses isə “delo texniki”. Artıq qalan iş rejissorun montajıdır. Kəsilir-doğranılır, yapışdırılır, vəssalam, bitdi. Mən bunu hər tamaşaçıya izah etməliyəm? Deməli, bizim müəyyən qisim tamaşaçılarımız kinonun nə olduğunu anlamır. Bu isə ciddi problemdir”.

Qeyd edək ki, filmdə Vəfa Zeynalova ilə Nurəddin Mehdixanlının oynadığı bir səhnə 2 ildən sonra mətbuatda müzakirə mövzusuna çevrilmişdi. Bir çoxlarının fikrincə, həmin səhnədəki kadrlar erotika idi və ciddi filmdə elə görüntülər olmamalıdır.

2011-ci ildə çəkilən “İlahi məxluq” filmi “Bizim kino” prodüser mərkəzinin istehsalıdır. Filmin ssenari müəllifi Yavər Rzayev, bəstəkarı Siyavuş Kərimidir. Mətbuatda isə filmin bəzi səhnələrini erotik adlandırmışdılar. Filmin baş qəhrəmanlarından biri, xalq artisti Nurəddin Mehdixanlı idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR