Tabloid.az
Hansı bürclər cazibədarlığı ilə diqqət çəkirlər?
Tabloid.az hansı bürclərin cazibədarlığı ilə diqqət çəkməsini araşdırıb.
Qoç bürcü
Qoç bürcü qadınları adətən özündənrazı olur. Xüsusən də
gözəllikləri və geyimləri ilə diqqət çəkmək onların zövq
mənbəyidir.
Gözəllik silahınız: Saçlarınızdır.
Gözəllik sirriniz: Özündənrazı dinamik və enerjili obrazınızı
tamamlamaq üçün dəriniz də mükəmməl olmalıdır. Dərinin təravətli
olması üçün: yaşıl çay, qırmızı bibər, qara çörəkotu, sarımsaq,
soğan, xardal otu.
Buğa bürcü
Buğa bürcünün qadınları qurman olduğu üçün adətən kök olurlar.
Hər kəsdən fərqli görünmək onların başlıca missiyasıdır.
Gözəllik silahınız: Baxışlarınız.
Gözəllik sirriniz: Makiyaj etməkdən xüsusi zövq alırsınız. Parlaq
və gözəgəlimli rəngləri görlzərə çəkməklə, artıq çəkini ikinci
planda saxlaya bilərsiniz. Aralarında sevmədikləriniz olsa da, sizə
faydalı olan bitkilər bunlardır: çobanyastığı, darçın, buğda,
kəpəkli taxıllar.
Əkizlər bürcü
Əkizlər bürcü adətən uzun və incə tip olur. Dəyişiklikdən
xoşları gəlir. Geyim seçimində olduqca cəsur davranırlar. Sizin
geyinməyə çəkindiyiniz geyimləri böyük rahatlıqla geyinərək
insanları təəccübləndirirlər.
Gözəllik silahınız: Yanaqdakı batıqlarınızdır.
Gözəllik sirriniz: Bal maskası, qırmızı çuğundur suyu, lavanda,
yerkökü, yaşıl lobya, fıstıq, ananas, çobanyastığı...
Xərçəng bürcü
Xərçənglər sürprizlərlə doludur. Bəzən utancaq, bəzən də çox
cəsarətli olurlar. Duyğusal xərçənglər adətən açıq tonlara üstünlük
verirlər. Aksessuarları çox sevirlər. Buna baxmayaraq, təbii
daşlardan istifadə edirlər. Çünki təbiiliklərini pozmaq istəmirlər.
Kimyəvi maddələri sevmədikləri üçün, bəzən heç makiyaj da
etmirlər.
Gözəllik sirriniz: Təbii çəkiciliyiniz.
Gözəllik sirriniz: Aromaterapiya, turp, adaçayı, düyü.
Şir bürcü
Şir bürcü gözəlliklərini hər kəsə nümayiş etdirməkdən zövq
alırlar. Şahzadə kimi görünməkdən ötrü ürəkləri gedir. Diqqət
mərkəzində olmasalar, birtəhər olarlar. Gur saçları və baxışları
ilə diqqət çəkməyi bacarırlar.
Gözəllik silahınız: Gur saçlar və dəri.
Gözəllik sirriniz: Nar suyu, qoz, nanə, lavanda, badam və
çobanyastığı.
Qız bürcü
Qız bürcləri çəkici baxışları və ağ dəriləri ilə diqqət
mərkəzində olurlar. Hər zaman səliqəli və zövqlə geyinirlər.
Məclisdə bütün gözlər onun üzərində olur. Dəriniz yumşaq və
həssasdır. Buna görə də mütəmadi olaraq qulluğa ehtiyacı var.
Gözəllik silahınız: Zövqünüz.
Gözəllik sirriniz: Fındıq, qoz, nanə, qatıq.
Tərəzi bürcü
Tərəzi bürcünün qadınları cazbidarlığının fərqindədir.
Gözəlliklərinə pul xərcləməkdə xəsis deyillər. Cazibədar qadın
olmaq üçün nə etməli olduğunu yaxşı bilir. Kişiləri özünə heyran
qoymaqdan zövq alır. Ən çox sevdiyi rəng, qaradır. Saç rəngini də
tez-tez dəyişdirir.
Gözəllik silahınız: Parlaq dəriniz.
Gözəllik sirriniz: Xoş qoxular, çobanyastığı, böyürtkən, üzüm,
alma, taxıl bitkiləri. Cəfəri, zeytun yağı maskası.
Əqrəb bürcü
Əqrəblər baxışları və yerişləri ilə hər kəsə meydan oxuyurlar.
Özündən razı görünsələr də, əslində, utancaqdılar. Dinamik və
enerjili qadındır. Gözəl və incə üz cizgilərinə sahibdir.
Gözəllik silahınız: Sirli qadın obrazınız.
Gözəllik sirriniz: Yanaqlar, dırnaqlar və dodaqlar qaydasında
olmalıdır. Əhvalınızı qaldırmaq üçün aromaterapiya və bitki yağları
ilə masaj edin. Gözəlliyininzin əsas şərti möhkəm yuxudur.
Oxatan bürcü
Sərbəstliklərinə düşkündür. İdmandan zövq alırlar və enerjiləri
heç vaxt bitmir, bir yerdə dayana bilmirlər. İşlərinə bağlı, əzmli
və məsuliyyətli olduqları üçün iş həyatında lider olurlar. Onlar
uzun və atletik bədənə sahibdilər.
Gözəllik silahınız: Enerjiniz.
Gözəllik sirriniz: Qərənfil, zeytun yağı, tut, qreyfurt, üzüm,
sarımsaq.
Oğlaq bürcü
Oğlaq bürcləri qənaətcil olurlar. Klassik və modern stili
məharətlə birləşdirirlər. Adətən nərmə-nazik olurlar. Xüsusən də
idman üslubunu çox sevirlər. Qəhvəyi rəngdən vaz keçə bilmirlər. Bu
bürclərin ən böyük özəlliyi, nə istədiklərini bilməsidir.
Alış-verişdə qiymətə deyil, keyfiyyətə fikir verirlər.
Gözəllik silahınız: Özünüzə olan inamınızdır.
Gözəllik sirriniz: Soğan, qarğıdalı, nanə, süd məhulları, yaşıl
çay.
Dolça bürcü
Bu bürcün qadınları rahatlığa çox üstünlük verirlər. Modadan
daha çox rahatlıqlarını nəzərə alırlar. Dəriləri həssas olduğu üçün
mütəmadi olraraq qulluq göstərməlidilər. Məşğul insan olduğunuz
üçün gözəlliyinizə ayrımağa vaxtı olmur. Buna diqqət edin.
Gözəllik silahınız: Gözləriniz
Gözəllik sirriniz: Vitaminlər, yaşıl bitkilər və kivi.
Balıq bürcü
Balıqlar çəkici və cəzibədar olduğu üçün getdiyi hər yerdə
bəyənilən qadın tipidir. Gözəl və zərifdir. Romantik tərəfləri onu
da da çəkici edir.
Gözəllik silahınız: Romantikliyiniz.
Gözəllik sirriniz: Dərini ağardan yulaf maskası, təzə sıxılmış
meyvə suyu.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı