• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanın ən gözəl dodaqlı qadınları- Fotolar

Dünyanın ən gözəl dodaqlı qadınları- Fotolar

Qırmızı dodaq boyası qadınlara bəzən gözəl, bəzən seksual, bəzən də hüznlü görkəm bəxş edir. Amma min illərdir ki, yenə bizimlədir. Lakin bir məsələ var: qırmızı dodaq boyası hər dodağa yaraşmır. Qırmızı pomadadan istifadə etmək üçün dodaq quruluşunuz buna icazə verməlidir. Beləliklə, vaz keçmədiyimiz bu ehtirasın tarixinə nəzər salmaq istərdim. Tabloid.az-ın qadın bölməsi qırmızı dodaq boyasının tarixi haqqında maraqlı faktları təqdim edir.

Qədim Misir

Qırımızı dodaq boyasının ilk istifadəsi Qədim Misir dövrünə təsadüf edir. O vaxtlar dodaqlara qırmızılıq vermək üçün qiymətli daşlar əzilərdi. Bu bahalı üsuldan təkcə qadınlar deyil, kişilər də yararlanırdı. Misir şahzadəsi Kleopatra da qırmızıya boyanmış dodaqları ilə tanınır. Amma onun dodaq boyası qırmızı rəngli böcəklərdən və qarışqalardan əldə edilirdi. Kleopatranı təqlid etmək istəyən misirli qadınlar qırmızı dodaq boyası əldə etmək üçün ağlagəlməz üsullarla baş vururdular. Bir xeyli toksin maddəni qarışdıraraq əldə edilən qırmızı dodaq boyası bir çox xəstəliyə, hətta ölümə də səbəb olub. Ölümcül öpüş ifadəsi də buradan qaynaqlanır. Qeyri-adi ilk sədəfli pomada Qədim Misirdə yaranıb. Balıq pullarının əzilməsi ilə əldə edilən bu pomada qırmızı rəngin adına kölgə salsa da, hələ də istifadə edilir.

XVI əsr

1500-cü illərdə qəribə və özünəməxsus makiyajı ilə I Yelizabetta diqqət çəkir. O, bakirəliyi təmsil edən ağappaq rəngə boyanmış dəri və qırmızı dodaqları ilə tarixə düşüb. Kraliçanın tünd qırmızı dodaq boyası çeşidli bitkilərin qarışığından əldə edilirdi. O vaxtlarda belə inanc var idi ki, guya bu tərz makiyaj qadınları ölümdən qoruyur. Amma kraliça öləndə də köməkçiləri üzünə bu makiyajı çəkmişdilər.

XVII əsr

XVI əsrdə məşhurlaşan qırmızı pomada XVII əsrdə mühafizəkarlığın hədəfinə çevrilir. Hətta İngiltərədə toydan qabaq makiyaj edən qadınların toylarının ləğv ediləcəyinə dair qanun çıxarılır. 100 il əvvəl kraliçanın makiyaj trendi olan qırmızı pomada artıq fahişələri və əxlaqsız qadınları seçmək üçün istifadə edilən bir vasitə idi. Fransada isə vəziyyət tamam başqa idi. Bütün soylu nəsillər çeşid-çeşid kosmetika ilə üzlərini bəzəməyə can atırdı. Fahişələr və adi qadınlar isə təbii görünməli idi.

XİX əsrin sonları

XVIII əsrin sonlarında kraliça Viktoriya pomadanı və qırmızı rəngi özünə rəva bilmədiyi üçün qırmızı rəngli dodaqlar moda aləmindən uzaq düşdü. Lakin bu ənənəni pozanlar da var idi. Fransalı aktrisa Sara Bernhardt sadəcə sənəti tələb etdiyi üçün deyil, gündəlik həyatda da qırmızı pomada ilə gəzirdi. Bu isə o vaxtlarda çox cəsur addım hesab olunurdu. Çünki bu tabunu yıxmaq o qədər də asan deyildi. Amerikada ilk dodaq boyası reklamına 1890-cı illərdə “Sears” kataloqunda rast gəlmək olar. Bu pomadaya qırmızı rəng verən “Kolanın içində böcək var” xəbərlərindən xatırlaya biləcəyiniz cochineal böcəyidir.

1900-1920

1900-cu illərin əvvəllərində qırmızı pomada yenidən dəbə minir. 1915-ci ildə Maurice Levy hazırkı pomada qəlibinə yaxın bir şey icad edir. Bu yararlı pomadandan əvvəl isə, balmumu və hind yağından əldə edilən dodaq boyaları ipək kağızlara bükülmüş vəziyyətdə satılırdı. Bu halda onları çantada gəzdirmək qeyri-mümkün idi. Alışdığımız pomada qabları 1923-cü ildə icad edilir. Bu rahat cihaz "Chanel", "Guerlain", "Elizabeth Arden", "Helena Rubenstein" və "Max Factor" kimi kosmetika evlərinin yaranmasına kömək edir. İlk film ulduzları qırmızı dodaq boyasının haqqını verə bildilər. Ondan kortəbii şəkildə deyil, düzgün formada istifadə etməyi bacardılar. Bu qırmızı daha çox zoğalı tonlara yaxın idi çünki filmlər ağ-qara çəkilirdi. Klassik qırmızı isə ekranda demək olar ki, görünmürdü. Aktrisaları təqlid etmək istəyən qadınların zoğalı tonlara hücumu başlayır.

1930-cu illər

1930-cu illərdə kosmetika evləri reklam bazarına girişir. Modern görkəmin birinci şərti olan pomada eyni zamanda iqtisadi böhranı aradan qaldırmağın bir yolu olur. Əsgər getməyən qadınlar pomada almaqla iqtisadiyyata kömək etmiş olurdular. Ya da reklam şirkətlərinin uydurmaları idi, deyə bilmərəm... İlk günəş şüalarından qoruyan pomada da bu tarixdə yaranıb.

1940-cı illər

Müharibə illərində iqtisadiyyat zəiflədiyi üçün kosmetika istehsalının da inkişafı dayanır. Bu da qalıcı dodaq boyalarının yaranmasına səbəb olur. Kimyagər Hazel Bishop elə bir pomada icad etdi ki, pomada satışında partlayış baş verdi. Eyni illərdə mühafizəkarlar pomada ilə mübarizə aparmağa başladılar. Belə ki, kişilər evləndikləri qızların pomada çəkməyini istəmirdi. Bu haqq-hesabdan sonra kosmetika şirkətləri müştərilərinin yaşını 16-ya düşürürlər. Bu illərdə amerikalı qadınlar isə kosmetikadan gen-bol istifadə edirdilər. Çantalarında isə ən az bir ədəd pomada olmalı idi.

1950-ci illər

50-ci illərdə pomada artıq gözəlliyin deyil, həm də seksuallığın da simvoluna çevrilir. Mеrin Monro, Rita Hayvors, Ava Qardner və Elizabet Teylor sayəsində qırmızı pomada adətən qızıl çağını yaşayır. Mühafizəkarlıq dalınca qaçmayan dünya, qadınlara xüsusi günlərdə kosmetika hədiyyə etməyə başladı. Kişilər də öz yanaşmaları dəyişmişdilər. Artıq bəzək-düzəksiz qadınlar onları cəlb etmirdi.
Çox uzun vaxt keçdikdən sonra sadəcə pomadaların rəng çeşidləri artır. 60-cı illərdə Mod dəbinə uyğun olan süd rəngləri, 70-ci illərdə isə “Pink”in yəni, çəhrayının dəbə gəlişi ilə bənövşəyi pomadalar da məşhurlaşdı.

1980-cı illər

Qırmızı pomada geri qayıdır və bu dönüşü qadınlar Madonnaya borclu idi. Qıpqırmızı dodaqları ilə həddindən artıq iddialı qadın obrazı yaradan Madonna “Like a Virgin” turu ərzində tamaşaçı qarşısında qırmızı dodaqlar çıxış edir.

1990-cı illər

Grunge axının da təsirinin artdığı illərdə qadınlar daha çox qəhvəyi tonlara yönəldilər. Sədəfli pomada varlığını hiss etdirə bilir. Ancaq Sindi Krouford kimi super modellər və aktrisalar qırmızı pomadadan istifadə etməyə davam edirdilər. Grunge geyim tərzidir, aqressiv, depressif, nihilist və vecsizliyi ifadə edir. Grunge geyim tərzi cırıq, yamaqlı cinslər, damalı köynəklər və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə, pis və dağınıq geyim tərzidir.

2000-ci illərdə

Musiqiçi, dizayner, rokçu, ana necə təsvir edirsiniz edin... 2000-ci illərdə qırmızı pomadaya həyat öpüşü verən Qven Stefani idi. Sapsarı saçları və qabarıq qırmızı pomadanı özünə yaraşdıra bilirdi. Stefani onu görən qadınlarda qırmızı pomada ehtirtasını oyadırdı.

2009-cu illərdə

Qırmızı pomadanın gücünü kəşf edənlərdən biri də Ledi Qaqa ən qeyri-adi geyimlər, makiyajlar seçsə də, qırmızı pomadanı heç nə ilə əvəz etmir.

2012-ci il bə bu gün...

Artıq yüzlərlə dodaq boyasının mövcud olduğu dövrdə yaşasaq da, aktrisalar və modellər ziyafət gecələrində ən çox bu rəngə müraciət edirlər. Ancelina Coli, Skarlett Yoxanson, Adriana Lima kimi dolu, həcmli dodaqlara sahib olan qadınları qırmızısız təsəvvür etmək mümkün deyil...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR