• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nurlan Əzizbəyli bıçaq altına düşdü

Nurlan Əzizbəyli bıçaq altına düşdü

“Əziz dostlar, şükürlər olsun ki, hər şey geridə qaldı. Nurlan kiçik bir əməliyyat keçirdi. Savadlı həkimlərimizin səyi və sizin dualarınız ona kömək oldu”.

Tabloid.az xəbər verir ki, bu sözləri “Facebook”da müğənni Nurlan Əzizbəylinin xanımı Nərmin Əzizbəyli yazıb. O, bildirib ki, həyat yoldaşı bu gün səhər saatlarında əməliyyat olunub. O, Nurlan Əzizbəylinin səhhətində nə kimi problem yarandığını və nədən əməliyyat olunduğunu yazmayıb.

Qeyd edək ki, ötən gecə Nurlan Əzizbəyli özü “Facebook” profilində vəziyyətinin qəflətən pisləşməsi haqqında status yazıb:

“Əziz dostlar, çox pisəm, xəstəxanaya gedirəm. Dualarınızı məndən əsirgəməyin və haqqınızı halal edin”.

Onun ardınca isə həyat yoldaşı Nərmin Əzizbəyli onun reanimasiyaya yerləşdirildiyini deyib:

“Nurlan hazırda həkim nəzarətindədir. Reanimasiya şöbəsindədir. Səhərə kimi düzəlsə, əməliyyat olunacaq. Narahat olmayın, sadəcə, dua edin ki, yoldaşıma, oğlumun atasına heç nə olmasın. Qanına zəhərlənmə keçib, vəziyyəti çox ağırdır. Mən də çox pisəm, hamınızdan üzr istəyirəm, başqa heç nə danışa bilmirəm. Allah heç bir ailəni böyüksüz eləməsin, çox pisəm, göz yaşlarımı saxlaya bilmirəm”.

Qeyd edək ki, Nurlan Əzizbəyli xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəylinin qardaşı oğludur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR