Astroloji proqnoz - 5 sentyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 5 sentyabr

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Əsas vaxtınızı iş prinsipinə yönəldin. Digər məsələlərə isə çox da aludə olmayın. Çünki işdən kənarda ciddi uğurlarınız gözlənilmir. Yersiz risklərə bugünlük son qoyun.

BUĞA - Məhəbbət məsələlərində uğurlara yiyələnmək üçün şanslarınız artacaq. Əgər səhv sizdədirsə, üzr istəməkdən çəkinməyin. Hər halda, ruhi yaxınlıq üçün çılğınlıqdan uzaq olmaq lazımdır.

ƏKİZLƏR - Münaqişəli gün olsa da, təmkin nümayiş etdirməklə sülhə nail olmaq mümkündür. Nahar ərəfəsində hisslərinizi daha bərk cilovlayın. Bu gün ulduzlar sizi varlandırmağa çalışacaq.

XƏRÇƏNG - İkitərəfli əməkdaşlığa başlamaq üçün gözəl ərəfədir. Bu səbəbdən də öhdənizə düşən işləri asanlıqla yerinə yetirə biləcəksiniz. Pul məsələlərində isə riskə getməyin.

ŞİR - Əməlli-başlı varlanma ehtimalınız var. Bunun üçün ilk növbədə məsuliyyətinizi dərk etməli və aldığınız dəvətlərə razılıq verməlisiniz. Nahardan sonra büdcənizdə artım mümkündür.

QIZ - Ətrafınızda olan insanlarla daha səmimi olmağa çalışın. Elə edin ki, hamının rəğbət mərkəzində olasınız. Bu cəhət daha çox sevgi və qohumluq tellərinə şamildir. Aktivliyinizi artırın.

TƏRƏZİ - Qərar çıxararkən təcrübəli insanların məsləhətlərindən bəhrələnə bilsəniz, gün ərzində narahatçılığınız olmayacaq. Saat 17-dən sonra yeni təklif və ya dəvətlər alacağınız gözlənilir.

ƏQRƏB - Büdcənizlə bağlı vəziyyət xeyrinizə olsa da, səhhətinizdə problem gözlənilir. Qan-damar sistemində, eləcə də qida məsələlərində diqqətli olun. Buna xatir münaqişələrdən qaçın.

OXATAN - Astroloji göstəricilər əsasən səfərlər istiqamətində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Odur ki, maddi imkanınız olduğu təqdirdə uzaq yola hazırlaşmağa dəyər.

OĞLAQ - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün ümumi əhvalınız aşağı ola bilər. Amma özünüzü tənzimləyə və məqsədinizə yetişə bilərsiniz. Ailə üzvlərinizlə mehriban və səmimi davarının.

SUTÖKƏN - Çox maraqlı bir təqvim yaşayacaqsınız. Ola bilsin ki, ürəyinizcə olan bir xəbər də eşidəsiniz. Əgər imkan tapsanız, günün birinci yarısında müqəddəs yerlərə baş çəkin.

BALIQLAR – Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq imkanınız var. Bu istiqamətdə sizə ətrafınızda olan səmimi və təcrübəli insanların da köməyi dəyə bilər. Heç kimi incitməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm