• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qadınları “Mona Liza”ya bənzədən trend – Fotolar

Qadınları “Mona Liza”ya bənzədən trend – Fotolar

Artıq sadəliyin dəbdə olduğunu bilirik. Ona görə də qalın qaşlarla yanaşı, demək olar ki, görünməyən, rəngi açılmış qaşlar da trendlər arasındadır.

Sarı rəngin açıq tonlarına boyanan qaşları ilk dəfə podiumlarda gördük. Daha sonra dəblə ayaqlaşmaq istəyən ulduzlardan Keti Peri, Mayli Sayrus və Ledi Qaqa ağ qaşları ilə bizi təəccübləndirdilər.

Qaşların rəngini açmaq riskli qərardır. Hamıya yaraşmaya bilər. Əgər saçınız sarı tonlardadırsa, sizə yaraşma ehtimalı böyükdür.

Ancaq saçlarınızı tünd rənglərə boyamısınızsa, bu trenddən uzaq durmağınızda fayda var.

Bildiyiniz kimi, Leonardo Da Vincinin məşhur “Mona Liza”sının da qaşları yoxdur. Bu baxımdan yeni trendin yaradıcılarının ilham qaynağının Mona Liza olduğunu desək, səhv etmiş olmarıq.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR