Sentyabr ayının ən dəbdəbəli ayaqqabıları – Fotolar
Bizi izləyin

Tabloid.az

Sentyabr ayının ən dəbdəbəli ayaqqabıları – Fotolar

Mövsümün ən dəbdəbəli ayaqqabıları

Keçən ildən bəri burnu açıq ayaqqabı modelləri öz aktuallığını qoruyub saxlayır. Sentyabr ayında isə dəbin zirvəsinə yüksəlib. Hətta yağışlı günlərdə də burnu açıq botlar gündəmdə olacaq. Eyni zamanda, krujevalı, dəri və tüldən tikilən burnu açıq ayaqqabılar da qadınları seksual göstərməyə xidmət edəcək.

Tabloid.az xəbər verir ki, bu mövsüm dəri, zamşa botlardan görünən barmaqlar olduqca diqqət çəkir. Əslində ara mövsümlər ideal seçimdir. Burnu açıq ayaqqabılar açıq rəngli cinslər, bir də klyoş yubkalarla ideal qalır, həm də qadını çox çəkici göstərir. Obrazınıza seksuallıq əlavə edir.

1940-cı illərdən başlayan burnu açıq ayaqqabı dəbi 50-ci illərdə öz təsirini güclü şəkildə göstərir. 60-cı illərdə isə stillettoların meydana gəlməsi ilə dəbdən yavaş-yavaş kənarlaşır. Burnu açıq ayaqqabıların dəbə yenidən qayıtması isə 90-cı illərə təsadüf edir. Bu mövsüm isə qadınların ayaqlarında tez-tez rastımıza çıxacaq. Dəb ikonalarının və dəb bloqqerlərinin də üstünlük verdiyi bir neçə modelə nəzər salaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm