Səyavuş Aslanın doğum günüdür – Foto
Bizi izləyin

Tabloid.az

Səyavuş Aslanın doğum günüdür – Foto

Bu gün xalq artisti, sevilən kino və teatr aktyoru Səyavuş Aslanın doğum günüdür.

Bu gün xalq artisti, sevilən kino və teatr aktyoru Səyavuş Aslanın doğum günüdür.

Tabloid.az xəbər verir ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda dünyaya gəlib.

O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddətdə musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və burda, “Kəndimizin mahnısı”nda Bayram, “Özümüz bilərik”də İbişov, “Altı qızın biri Pəri”də Firuzbala, “Ulduz”da Şubay, “Hicran”da Dadaşbala, “Qaçırılmış qız”da Qəmzəli, “Lənət sənə, kor şeytan”da Misir Nəsir, “Əlli yaşında cavan”da Orduxan bəy kimi bir çox obrazların mahir ifaçısı olub, bir çox rəngarəng obrazlar yaradır.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Sevilən aktyor 2013-cü il iyunun 17-də Bakıda vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm