Payızın cins dəbi belə olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Payızın cins dəbi belə olacaq - Fotolar

Payızın cins dəbi ilə tanış olun

Cinslər hər zaman aktual olsa da, mövsüm yeni modellərlə gəlir. Bu payız bir neçə cins modelləri aktual olacaq. Tabloid.az mövsümün gündəmdə olan cinsləri bir yerə toplayıb.

Dar cinslər

Dar cinslər payız fəslində ehtişamlı şəkildə geri qayıdır. Hündürbel cinslər aktual olduğu qədər cins parçadan tikilən cibsiz lasinlər də olduqca populyardır.

Qısa balaqlı cinslər

Bu mövsüm cinslərin balaqları qısalıb. Qısa sevməyənlər isə şalvarın balaqlarını qatlaya bilər. Bu tərz xüsusən də ayaqqabıları ön plana çıxartmaq üçün mükəmməldir.

Cırıq və enli şalvarlar

Əslində, hər iki trendin özünəməxsus yeri var. Həm cırıq, həm də enli şalvarların bizi tərk etmək niyyəti yoxdur. Bu iki trendin birliyi isə olduqca populyardır.

Hündürbel cinslər

1970-cı illərin hədiyyəsi olan hündürbel cinslər də mövsümün ən mühüm trendləri arasında yer alır.

Kombinezon

Yayın hit geyimi olan kombinezonlar payızda da bizimlə olacaq. Klassik cins kombinezonlardan başqa qara rəngli modelləri də gündəmdə olacaq.

Yamaqlı cinslər

Klassik cinslərdən bezənlər yamaqlı cinslərə yönələ bilərlər. Onlar payız mövsümündə dəbə minəcək.

Tünd rəngli cinslər

Əgər yay aylarında bəyaz və açıq tonlar dəbə minirsə, payız mövsümündə rənglər getdikcə tündləşir. Qara, tünd göy cinslər bu payız əynimizdən çıxmayacaq.

Ağ cinslər

Bəyaz cinslər sentyabr və oktyabr aylarına kimi aktuallığını itirməyəcək. Dizaynerlər ağ rəngdən ayrıla bilməyənlər üçün ağ cinslərin daha qalın variantlarını təklif edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm