Saç boyaları saçı yaşlandırır?
Bizi izləyin

Tabloid.az

Saç boyaları saçı yaşlandırır?

Saç boyaları saçı yaşlandırır?

Almaniyadakı Mainz Universitetinin professoru Heinz Deckerin apardığı araşdırma zamanı məlum olub ki, saç boyalarında istifadə olunan hidrogen peroksid adlı maddə saçların ağarmasına səbəb olur.

Tabloid.az "Daily Telegraph"a istinadən xəbər verir ki, professor Heinz Deckerin fikrincə, ağardıcı maddə kimi də istifadə olunan hidrogen peroksidin saç boyalarında müntəzəm istifadəsi zamanı saçın kökündə toplanaraq onu yaşlandırmaqla yanaşı, həm də rəng piqmentinin sintezinə mane olur.

Hidrogen peroksid orqanizmdə bu maddəni parçalayaraq su və oksigenə çevirən ferment tərəfindən zərərsizləşdirilir. Lakin yaşlandıqca bu fermentin səviyyəsi aşağı düşür və nəticədə hidrogen peroksidin səviyyəsi artır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm