Türkiyə “Eurovision”la bağlı qərarını verdi
Bizi izləyin

Tabloid.az

Türkiyə “Eurovision”la bağlı qərarını verdi

Türkiyə “Eurovision”la bağlı qərarını verdi

Türkiyə 59-cu “Eurovision” mahnı yarışmasında iştirakdan imtina edib. Tabloid.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TRT telekanalının baş direktoru İbrahim Şahin bu haqda açıqlama verib. Yarışmaya hansı səbəblərə görə qatılmayacaqlarını açıqlamayan baş direktor gələcəkdə bu haqda ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.

Xatırladaq ki, Türkiyə ötən il İsveçdə keçirilən “Eurovision” müsabiqəsinə də qatılmamışdı. TRT-nin yazılı açıqlamasında əsas səbəb kimi 2011-ci ildən səsvermə qaydalarında dəyişikliklər göstərilmişdi. Belə ki, izləyicilərin səsvermə hüququ 50 faiz, digər 50 faiz isə münsiflərə verilməsi Türkiyənin müsabiqədə uğursuzluğu ilə nəticələnmişdi. TRT iddia etmişdi ki, izləyici səslərinin 50 faizə endirilməsinə səbəb Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliyanın son illərdə əldə etdiyi müvəffəqiyyətsizliyi ilə bağlıdır və bu haqsızlıqdır. Ona görə də bu ölkələr yarımfinala qatılmadan birbaşa finala vəsiqə qazanırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm