• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məlahət Abbasova ağladı - Foto

Məlahət Abbasova ağladı - Foto

20 ildən çoxdur ki, Türkiyədə yaşayıb, yaradıcılıqla məşğul olan aktrisa Məlahət Abbasova komik obrazlar oynamaq istəyir.

Tabloid.az xəbər verir ki, aktrisa “Facebook” profilində yeni çəkildiyi “Əmanət” serialından bir fotosunu paylaşıb. Şəkildə o, ağlayır. M.Abbasova fotoya “İnşallah, bir gün komediya oynamaq mənə də nəsib olar”- qeydini yazıb.

Qeyd edək ki, nümayişinə artıq start verilən “Əmanət” serialında aktrisamız Pərihan obrazını canlandırır.

Məlahət Abbasova buna qədər “Sürəyya”, “Hüzün çiçəyi” , “Həyatın içindən”, “Köpək”, “Min bir gecə”, “Mahmud və Məryəm” və s. türk serialları və filmlərində rol alıb. Həmçinin İstanbula iş axtarmağa gedən və orada ailə qurub yaşayan azərbaycanlı qızdan bəhs edən “Yaxşı Cazibə” serialında məsləhətçi olub.

O, hazırda İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru kim fəaliyyətini davam etdirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR