Günay İbrahimli də Moskvaya gedir - Fotolar
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli də Moskvaya gedir - Fotolar

Günay İbrahimli də Moskvaya gedir

Gənc müğənni Günay İbrahimli də Moskvada konsert vermək eşqinə düşüb. Nədənsə, ölkəmizdə populyarlaşan müğənnilər sonradan Moskvada "Kreml" sarayında konsert verməyi özlərinə borc bilirlər. Günay da ənənəni pozmayaraq, 16 oktyabrda “B2” klubda konsert proqramı ilə çıxış edəcək.

“Azəri Party” adlı gecədə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq. Konsertin aparıcıları ATV-də yayımlanan “Piknik” verilişindən tanıdığımız Kəmalə Piriyeva və İslam Mehrəliyev olacaqlar. Gecənin aparıcısı isə Zaur Nəboğlu olacaq.

Günay İbrahimlinin sosial şəbəkədə paylaşdığı fotolardan belə görünür ki, o konsertə yaman hazırlaşır. Müğənni həm mahnıları məşq edir, həm də formada qalmaq üçün idman etməyi də unutmur.

Tabloid.az müğənninin paylaşdığı fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm