Payızın ən dəbli cins pencəkləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Payızın ən dəbli cins pencəkləri - Fotolar

Payızın ən dəbli cins pencəkləri

Payız aylarında ən çox istifadə edilən geyimlərdən biri cins pencəklərdir. Onların həm könlümüzdə, həm də qarderobumuzda ayrı bir yeri var. Demək olar ki, hər tərzlə uyğunlaşa bilən cins pencəyi artıq klassikaya çevrilən geyim əşyası adlandırmaq olar. Tabloid.az bu gün dəbi yaxından izləyən xanımlara payızın ən dəbli cins pencəklərinin nə ilə uyğunlaşdırmaq lazım olduğuna dair tövsiyələr verir:

Maksi donların və ətəklərin ən yaxşı dostlarından biri cins pencəklərdir. Qısa cins pencəklər beli yüksək olan ətəkləri çox zərif göstərir. Maksi donlarla geyinildiyində isə ayaqları uzun göstərir.

Cins pencəklər rəngli, güllü, hər növ donlara çox yaraşır. A biçimli donlarla rahat uyğunlaşdıra bilərsiniz.

Qələm ətəklə: Ofis tərzinə eleqantlıq bəxş etmək üçün qələm ətəyi bleyzer yerinə, cins pencəklə uyğunlaşdıra bilərsiniz.

Dəri geyimlərlə: Cins pencəkləri istər dəri ətək, istərsə də, dəri şortla geyinə bilərsiniz.

Güllü, leopar və başqa təsvirli geyimlərlə, təsvirli geyimlərlə cins pencəklər əla uyğunlaşır.

Militari tərzli şalvarlarla, hərbi tərzində olan cibli modellər və xardal yaşılı şalvarlarla tamamlandığı zaman çox eleqant və tərz görünür.

Belinizə bağlayın: 90-cı illərin dəbi bu mövsüm özünü kəskin şəkildə göstərir. Siz də belinizə köynək yerinə, cins pencək bağlaya bilərsiniz.

Ağ köynək: Ağla mavi cütlüyünün mükəmməlliyindən danışmağa ehtiyac yoxdur. Çox zövqlü görünəcəyinizə dair zəmanət verən tərzdir.

Şərf və şalla: Cins pencəyə fərqlilik bəxş etmək üçün əlvan, ya da etnik naxışlı bir şalı boynunuza dolayın. Beləliklə, eleqant stil əldə edə bilərsiniz.

Plaş cisnlər: Bu mövsüm cins pencəklərdən başqa cins parçadan tikilən plaşlar da aktual olacaq. Ofis stili və klassik geyimlərə üstünlük verənlər obrazını bu plaşlarla tamamlaya bilərlər.

women-s-long-double-breasted-denim-trench-coat-jacket-f919

Oxumağa davam et
Reklam
Reklam

Gündəm