• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Viktoriya Bekhemin yeni kolleksiyası Nyu-York moda həftəsində

Viktoriya Bekhemin yeni kolleksiyası Nyu-York moda həftəsində

Viktoriya Bekhemin 2015 yaz-yay kolleksiyası Nyu-York moda həftəsində nümayiş olunub. Dəbsevərlər hər yeni mövsüm Viktoriyadan nəsə möhtəşəm, dəlisov və orijinal fasonlar gözləsə də, mənim kimi bütün ümidləri bir neçə ildir nəticəsiz qalır. Belə ki, Viktoriya yenə də öz ənənəsinə sadiq qalaraq podiuma klassik geyimlər çıxarıb. Düşünürəm ki, Viktoriya artıq neçə ildir ki, öz yolunu müəyyənləşdirib və ondan kənara çıxmaq fikri yoxdur. Onun işləri novatorluqdan çox-çox uzaqdır. Lakin onun seçdiyi parçaların gözəlliyinə və zərifliyə söz ola bilməz.

Yeni kolleksiya yay-yaz mövsümünə aid olsa da, çox ciddi, yığcam və soyuq rənglərdən, hər zaman olduğu kimi ağ, qaradan ibarətdir. Ağ-qaradan başqa zoğalı və bej tonları da kolleksiyada yer alıb. Ümumiyyətlə, kolleksiya qonaqlara və dəb dizaynerlərinə növbəti anlaşılmaz təəssürat buraxıb.

Tabloid.az yeni kolleksiyadan fotoları təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR