Bədən üzvlərinin forması hansı xəstəliklərdən xəbər verir?
Bizi izləyin

Tabloid.az

Bədən üzvlərinin forması hansı xəstəliklərdən xəbər verir?

Aparılan tədqiqatlar sübut edib ki, insanın bədən quruluşuna baxaraq onun hansı xəstəliklərə yaxalanma riskinin çox olmasını əvvəlcədən bilmək mümkündür. Belə ki, orqanların forması və ölçüsü sağlamlıq vəziyyətini müəyyən edir.

Aparılan tədqiqatlar sübut edib ki, insanın bədən quruluşuna baxaraq onun hansı xəstəliklərə yaxalanma riskinin çox olmasını əvvəlcədən bilmək mümkündür. Belə ki, orqanların forması və ölçüsü sağlamlıq vəziyyətini müəyyən edir.

Tabloid.az ən son aparılan araşdırmaların nəticələrinə uyğun olaraq hansı xəstəliklərə yaxalnma riskinin çox olduğunu öyrənə biləcəyiniz məlumatları təqdim edir:

Alimlər bildirilər ki, kiçik qulaqlı insanlar ekzema və böyrək xəstəliklərinə daha tez yaxalanırlar.

Böyük dilə sahib olan insanlar isə yuxuda boğulma riski ilə üzləşməli olurlar. Məlum olub ki, böyük dil yuxu zamanı nəfəs borusuna doğru yönəlir bu çox vaxt xoruldamağa səbəb olsa da, bəzən də insanın 30 saniyəyə yaxın nəfəssiz qalmasına və boğulmasına səbəb ola bilir.

İri ombalı şəxslərin yaddaşı daha zəif olur. Belə insanalrın alzehmer xəstəliyinə yaxalanma riski də böyük olur. Buna səbəb ombalarda yığılan piyin beyinə qan getməsinə əngəl olması və nəticədə beynin az qidalanmasıdır.

Çikaqo Nousvestern Universitetinin elm adamlarının apardığı araşdırmalar da bunu təsdiq edib. Belə ki, 65-79 yaşlı qadınlar üzərində aparılan araşdırmalar zəif yaddaşın normaldan daha böyük ombaya sahib olan qadınlarda görülən problem olduğu ortaya çıxıb.

Əldəki barmaqlar da sağlamlığımız haqda çox söz deyir. Barmaqların xüsusilə depressiya və prostat xərçəngi riskinin xəbərçiləri ola biləcəyi qeyd olunur. Elm adamları prostat xərçənginə yaxalanan 1500 nəfərin əlləri ilə 3 min sağlam kişinin əl barmaqlarını müqayisə ediblər. Nəticə çox maraqlıdır.

Məlum olub ki, işarət barmağı üzük barmağından uzun olanların prostat xərçənginə yaxalanma riski daha azdır.

Depressiyanın ana bətnində testosteronun yüksək səviyyəsi ilə əlaqəli olduğu təxmin eidlir. Belə ki, elm adamları bildirirlər ki, hamiləlik müddətində ananın qanında testosteronun səviyyəsi yüksək olarsa, körpənin işarət barmağının daha uzun olacağı şübhəsizdir.

Elm adamların araşdırmalarının ən son nəticələri göstərir ki, gözəllik nişanəsi kimi qəbul edilən böyük gözlü olmaq əslində heç də yaxşı əlamət deyil. Məlum olub ki, böyük gözlülərin göz problemləri ilə üzləşməsi riski daha çoxdur.

Qısa ayaqların isə şəkər xəstəliyinə yaxalanma riskini 19 faiz artırdığı bildirilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm